Siqareti tərgitməyin asan yolu
- 10-01-2021, 10:54
- Cəmiyyət
“Əgər hər hansı bir şəxs siqareti tərgitmək istəyirsə, öncə davranış və vərdişlərinə, həmçinin ətrafdakılarla ünsiyyət formasını dəyişməlidir”.
“Azad Səs” xəbər verir ki, bu barədə “RT”yə Narkoloji Sağlamlıq İnstitutunun direktoru Oleq Zıkov məlumat verib.
Onun sözlərinə görə, siqaretin digər asılılıqlardan heç bir fərqi yoxdur. Eyni zamanda, problem insanın yaşadığı və onu pis vərdişə təhrik edən həyat tərzindədir.
Direktor bildirib ki, insanın siqaret çəkmək istəyinin fizioloji ehtiyacla və ya sosial davranışla əlaqəli olub-olmadığını analiz etmək lazımdır:
“Bu əlaqələr pozulmalıdır. Hər şeydən əvvəl, nikotin istifadə etməyə təhrik edən situasiyalardan uzaq durun. Yalnız bundan sonra bu düşünülmüş proses insanın siqareti atmasına kömək edəcək”.
Mütəxəssis eyni zamanda elektron siqaretlərin əleyhinə olduğunu da qeyd edib.Report