Bakı metrosu nə vaxt açılacaq? - RƏSMİ AÇIQLAMA
- 6-01-2021, 17:15
- Cəmiyyət
Son bir neçə gündə Azərbaycanda yoluxanların sayı kəskin azalıb. Belə ki, yanvarın 6-da Azərbaycanda 799 nəfər koronavirusa yoluxub, 2 383-ü isə müalicə olunaraq sağalıb və evə buraxılıb.Son sutkada 26 nəfər COVID-19-dan vəfat edib. Yoluxanların sayının azalması yanvarın 18-də yumşalmaların olma ehtimalını artırır. Hətta yanvarın 18-də metronun da fəaliyyətə başlayacağı ilə bağlı iddialar da var.
''Azad Səs'' xəbər verir ki, bununla bağlı Sonxeber.az-a danışan "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, hələlik bununla bağlı bizə məlumat verilməyib:
"Yanvarın 18-də metronun açılacağı ilə bağlı hər hansı məlumat bizə daxil olmayıb. Həmişə olduğu kimi biz öz işlərimizi davam etdiririk. İkinci qərar olmasa, yanvarın 31-i metro yenidən öz fəaliyyətinə başlayacaq".