Diqqət: Yanvarın 1-dən bu şəhər və rayonlarda...
- 22-12-2020, 15:56
- Cəmiyyət
Azərbaycanda yeni növ koronavirus pandemiyasının qeydə alındığı ilk gündən etibarən bir sıra dövlət qurumları bu mübarizəyə qoşulub və vaxtında zəruri qabaqlayıcı tədbirlər həyata keçirilib. Koronavirus pandemiyası ilə bağlı əhalinin sağlamlığının qorunması üçün səhiyyə sahəsində resurslar səfərbər edilib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən verilən məlumata görə, Azərbaycanın bütün sərhəd-keçid məntəqələrində, o cümlədən hava limanlarında profilaktik tədbirlərin həyata keçirilməsinə, sanitar-dezinfeksiya işlərinin aparılmasına başlanılıb. Azərbaycana gələn və ölkəni tərk edən sərnişinlər ciddi yoxlanılır, ölkə ərazisindən tranzit yüklərin daşınmasına nəzarət gücləndirilib. Bununla yanaşı, tibb müəssisələrinin zəruri dərman və dezinfeksiyaedici preparatlarla lazımi səviyyədə təchizatının təmin edilməsi, sanitariya-gigiyena və əks-epidemik rejimlərin tələblərinin yerinə yetirilməsi üzrə tədbirlər icra olunub. Əhalinin maarifləndirilməsi məqsədilə genişmiqyaslı kampaniya aparılmaqdadır, mütəmadi olaraq hazırlanmış maarifləndirici materiallar və sosial çarxlar paylanılır və yayımlanır, sosial media platformalarda paylaşılır.
COVID-19 xəstəliyinin aşkar edilməsi üçün 40-a yaxın Molekulyar Mikrobioloji laboratoriyada gün ərzində Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi kriteriyalara uyğun olaraq 20 000-dək PZR testi tam ödənişsiz, dövlət hesabına aparılır. Hazırda Azərbaycanda kifayət qədər koronavirusu müəyyənləşdirən test ehtiyatı var. Bu günədək ümumilikdə 2 073 137 test müayinəsi aparılıb.
Uzun müddətdir ki, ölkədə koronavirusla mübarizəyə cəlb olunmuş bütün səhiyyə strukturları gücləndirilmiş iş rejimində çalışırlar. Son zamanlar koronavirus infeksiyasına yoluxmanın sayının artması təcili tibbi yardıma edilən müraciətlərin sayının da artmasına səbəb olub. Pandemiyadan öncə “103” xidmətinə daxil olan telefon zənglərinin sayı 3000-ə, çağırışların sayı 1500-2000-ə yaxın idisə, hal-hazırda zənglərin sayı 10 000-ə, çağırışların sayı isə 2000-2500-ə yaxındır. İş yükünün artmasına baxmayaraq hər bir çağırış müvafiq qaydada icra olunur. Bəzən təcili tibbi yardıma ehtiyacı olmayan xəstələrin “103” xidmətinə çoxlu sayda müraciəti telefon xətlərinin yüklənməsinə və çağırışların icrasının ləngiməsinə səbəb olur.
Qeyd olunmalıdır ki, COVID-19 xəstəliyi ilə əlaqəli müraciətlərlə yanaşı, “103” xidmətinə təcili tibbi yardıma birbaşa ehtiyacı olan səbəblərdən: infarkt, insult, yol-nəqliyyat qəzaları, travmalar, terminal vəziyyətlər, doğuş, hündürlükdən yıxılma, zəhərlənmə və s. müraciətlər də daxil olur və onların icrası təmin olunur. Çağırışların icrasını vaxtında təmin etmək məqsədi ilə onlar ağırlıq dərəcəsinə görə çeşidlənir, ilk növbədə daha ağır xəstələrin müraciətləri icra olunur. Məlumdur ki, ağır xəstələrin hospitalizasiyası icra edildiyi hallarda çağırışın icrası üçün daha çox zaman sərf olunur.
Əlavə olaraq təcili tibbi yardım xidməti hərarəti 38 dərəcədən yüksək, yanaşı xroniki xəstəliyi (hamilə qadınlar, şəkərli diabet, ürək damar, tənəffüs sistemi xəstəliklərindən əziyyət çəkən) olan, təngnəfəslik, boğulma şikayətləri ilə müraciət edən, vəziyyəti ağır xəstələrdən laborator müayinə materialı götürür.
Bakı şəhəri üzrə poliklinikalar da gücləndirilmiş iş rejiminə keçirilib. Belə ki, həftənin şənbə və bazar günləri də daxil olmaqla yeddi gün səhər saat 08:00–dan 18:00-dək vətəndaşlara COVID-19-la bağlı xidmətlər göstərilir. Bakı şəhəri üzrə evdə nəzarətdə olan şəxslər yaşadıqları ərazi üzrə poliklinikanın sahə həkimi ilə yaxud Səhiyyə Nazirliyinin 814 çağrı mərkəzi ilə əlaqə saxlayırlar. Sahə həkimləri koronavirusa yoluxmuş evdə nəzarətdə olan xəstənin vəziyyətini 14 gün ərzində gündəlik müşahidə edir. Xəstəliyi simptomsuz və ya yüngül simptomlarla keçirən vətəndaşlar evdə müalicə almaq üçün dövlət tərəfindən vitamin kompleksi ilə təmin olunurlar. Kompleksə vitamin C, vitamin D3, Maqnezium, Sink, Selen və Parasetamol kimi preparatlar daxildir. Adı çəkilən preparatların qəbulu müalicə və xəstəliyin gedişatı ərzində yaranma ehtimalı olan fəsadların qarşısını almaq məqsədilə xəstələrə təyin olunur. Evdə nəzarətdə saxlanılan şəxslərə sahə poliklinikaları tərəfindən göstərilən xidmətə antibiotik və antivirus əleyhinə preparatların verilməsi, eləcə də venadaxili inyeksiyaların qəbulu daxil deyil.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ölkə üzrə tabeliyində olan bütün xəstəxanalarda stasionar müalicə ilə məşğul olur və Bakı şəhəri istisna olmaqla, Sumqayıt, Abşeron və digər ərazilərdə evdə müalicə olunan şəxsləri dərmanla təchiz edir. Eyni zamanda Bakı şəhəri istisna olmaqla, sözügedən ərazilərdə poliklinikalar və Təcili Tibbi Yardım xidməti TƏBİB-in nəzarətindədir. Bütün tibb müəssisələrində müayinə və müalicə prosesi qəbul edilmiş klinik protokollara uyğun olaraq tamamilə dövlət hesabına pulsuz həyata keçirilir. Xüsusi rejimli xəstəxanaların hamısı hər növ dərman və tibb vasitələri ilə, o cümlədən, favipravir, remdesevir kimi antivirus preparatları ilə tam təchiz edilib.
Pandemiya ilə mübarizə üçün respublikanın bir sıra şəhər və rayonlarında ayrılmış xüsusi rejimli 48 xəstəxanada vətəndaşların sağlamlığının qorunması məqsədilə minlərlə tibb işçisi öz üzərinə düşən vəzifələri şərəflə yerinə yetirir. Lakin təəssüf hissi ilə qeyd olunmalıdır ki, bir sıra hallarda öz vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə çalışan bəzi şəxslər bu yolda canını və sağlamlığını təhlükəyə atan həkimlərimizin əziyyətlərinə kölgə salmaqdan belə çəkinmirlər. Sözügedən halların qarşısını almaq məqsəd ilə vətəndaşlar məsələ ilə bağlı həm Səhiyyə Nazirliyinə (9103(0)), həm də TƏBİB-ə (+99 451 513 15 42) müraciət edə bilərlər. Vətəndaşlardan xahiş edilir ki, rastlaşdıqları neqativ hallarla bağlı yuxarıda qeyd edilən nömrələr vasitəsi ilə məlumat versinlər.
Hazırda ölkə əhalisini narahat edən əsas məsələlərdən biri də koronavirusa qarşı vaksinasiyadır. Peyvəndləmə məsələsi pandemiyanın ilk dövründən dövlətin diqqət mərkəzindədir. Vaksinlərlə bağlı həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə danışıqlar gedir. Artıq dünyada bir neçə peyvəndin 3-cü klinik sınaq mərhələsində olduğu bildirilir. Bu mərhələdən keçmiş ən effektiv, ən etibarlı vaksinin ölkəyə gəlməsi təmin ediləcək. Peyvəndləmə ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.
Qeyd edək ki, tibbi xidmətlərin keyfiyyətcə daha yüksək səviyyəyə çatdırılması, bu sahədə maddi-texniki bazanın möhkəmləndirilməsi, tibb və qeyri-tibb işçilərinə, eləcə də könüllülərə əlavə və mükafatların verilməsi üzrə davamlı tədbirlər həyata keçirilir. Məlumat üçün bildirək ki, 2020-ci ilin mart-oktyabr ayları ərzində İcbari Tibbi sığorta Üzrə Dövlət Agentliyi tərəfindən Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncam və qərarına uyğun olaraq COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinə, eləcə də könüllülərə ümumilikdə 123 milyon 331 min manat məbləğində müddətli əlavə və mükafatlar ödənilib.
Eyni zamanda, tibb heyətinə dəstək və yeni növ koronavirus pandemiyasına qarşı mübarizə məqsədilə Azərbaycan Respublikası Prezidentinin Nazirlər Kabineti yanında Operativ Qərargaha verdiyi göstərişə uyğun olaraq bir neçə ölkədən tibb mütəxəssisləri Azərbaycana dəvət ediliblər. COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə sözügedən sahədə çalışan qardaş ölkə Türkiyədən, Rusiyadan, Kubadan, Çindən və İtaliyadan ümumilikdə 361 nəfər ölkədə koronaviruslu xəstələrin müalicəsinə cəlb olunublar. Tibb mütəxəssisləri ölkədə koronavirusla mübarizəyə ayrılmış tibb müəssisələrində olub, xəstəliyin qarşısının alınması üçün yerli mütəxəssislərlə birgə müalicə və profilaktika sahəsində çalışıblar. Onlar koronavirusa yoluxan və ağır simptomları olan xəstələrin müalicəsində yerli mütəxəssislərə dəstək olublar.
Sonda bildirək ki, səhiyyə sahəsinin inkişafı hər zaman dövlətin diqqət mərkəzində olub və sözügedən sahənin təkmilləşdirilməsi, əhalinin sağlamlığının qorunması istiqamətində daima dövlət tərəfindən islahatlar həyata keçirilir. Bu sahədə aparılan islahatlardan biri də icbari tibbi sığortanın bütün respublikada tətbiqi ilə bağlıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 aprel tarixli 136 nömrəli Qərarına əsasən 2021-ci il 1 yanvar tarixindən 36 şəhər və rayon - Gəncə, Naftalan, Şirvan, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy, Xocalı, Beyləqan, Xocavənd, Ağcabədi, Laçın, Bərdə, Füzuli, Ağdam, Tərtər, Kəlbəcər, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Neftçala, Biləsuvar, Cəbrayıl, Salyan, İmişli, Saatlı, Sabirabad və Hacıqabul sözügedən sistemə qoşulacaq.
2021-ci il 1 aprel tarixindən etibarən isə Bakı, Sumqayıt, Abşeron, Xankəndi, Qubadlı, Zəngilan və Şuşa əhalisi icbari tibbi sığortanın Xidmətlər Zərfindən istifadə edəcək.
Məlumat üçün bildirək ki, 2020-ci il 1 yanvar tarixindən etibarən icbari tibbi sığorta 23 inzibati ərazidə (Mingəçevir şəhərində, Qusar, Xaçmaz, Quba, Şabran, Siyəzən, Xızı, Qobustan, İsmayıllı, Ağsu, Şamaxı, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Yevlax və Ağdaş rayonlarında) tətbiq edilir.