Şagird və tələbələrə pulsuz internet veriləcək? - RƏSMİ AÇIQLAMA
- 22-12-2020, 14:00
- Cəmiyyət
2020-ci ilin mart ayının 3-də "COVID-19" pandemiyasının yayılması səbəbi ilə ölkədə rəsmi karantin rejimi elan edildikdən sonra bütün təhsil müəssisələri bağlandı. Bundan sonrakı dövrlərdə tədris onlayn qaydada davam etməyə başladı. Belə olduğu halda insanları maraqlandıran suallardan biri də təhsil alan şagird və tələbələrə pulsuz internetin verilməsidir.
Məsələ ilə bağlı Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Sonxeber.az-ın sualını cavablandırıb:
"Bununla bağlı ayrı-ayrı layihələr həyata keçirilir. Lakin bütövlükdə hər hansı bir şərh vermək doğru deyil. Əlavə məlumatlarımız olmalıdır. Amma ayrı-ayrı şirkətlər (xüsusən "Azercell" və digərləri) var ki, bununla bağlı layihələr həyata keçirib və güzəşt kampaniyaları aparıblar. Ümumilikdə isə sözügedən məsələlərlə bağlı məndə hər hansı bir məlumat yoxdur".