Bakıda 65 yaşdan yuxarı insanlara metrodan istifadəyə qadağa qoyulur? - Rəsmi AÇIQLAMA
- 12-09-2020, 10:58
- Cəmiyyət
Xəbər verdiyimiz kimi, sanitar-epidemioloji vəziyyətə uyğun olaraq 2020-ci il sentyabrın 14-də saat 06:00-dan “Bakı metropoliteni”nin sərnişindaşıma fəaliyyəti bərpa edilir. Bu gün hər kəsi maraqlandıran sual metrodan istifadədə yaş məhdudiyyəti olacaqmı? Belə ki, bir çox ölkələrdə 65 yaşdan yuxarı insanlar üçün müəyyən məhdudiyyətlər tətbiq edilir. Azərbaycanda bu yaşda olanlara metrodan istifadəyə icazə veriləcəkmi?
KONKRET.az-ın bununla bağlı sualını şərh edən “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, bununla bağlı heç bir qərar yoxdur:
“Bu, yalnız Operativ Qərargahın yaşlı insanlarımıza tövsiyəsi ola bilər. Təbii ki, sərnişinlər arasında hər hansı bir ayrı seçkilik ola bilməz. Bir insan qoyulan qaydalara zidd hərəkət etmirsə, yeni metodiki göstərişlərdən kənara çıxmırsa, maska taxıb, sosial məsafəni qoruyursa, biz ona heç nə deyə bilmərik, çünki hər kəsin metrodan istifadə etmək haqqı və hüququ var”.