190 manat birdəfəlik müavinət yanvar ayında da verilir? - RƏSMİ AÇIQLAMA
- 15-12-2020, 11:31
- Cəmiyyət
Xəbər verdiyimiz dekabrın 14-dən yanvarın 18-dək bir neçə şəhər və rayonda sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilib. Sərt karantin rejiminə görə birinci və ikinci sərtləşdirmədə olduğu kimi vətəndaşlarımıza 190 manat birdəfəlik müavinət veriləcək. Əgər sərt karantin rejimi uzadılarsa yanvar ayında da 190 manat birdəfəlik müavinət veriləcəkmi?
Bununla bağlı Sonxeber.az-ın sualını cavablandıran Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib ki, Nazirlər Kabineti yanında
Operativ Qərargah dekabrın 14-dən yanvarın 18-nə kimi sərtləşdirilmiş karantin rejimi elan edib. Vətəndaşlara bu dövrü əhatə edən 190 manat birdəfəlik müavinət veriləcək. Bunu ayla bğlamaq düzgün olmaz. Növbəti mərhələdə də bu ödəmənin verilib-verilməməsi ilə bağlı qərarı Nazirlər Kabineti yanında Operativ Qərargah verir".