"İllər boyu gənclər toy edə bilməyəcək, işsizlik baş alıb gedəcək"
- 19-12-2020, 08:10
- Cəmiyyət
"Tanıdıqlarım arasında bir neçə nəfər ikinci dəfə COVİD-ə yoluxub. Yəni iyul ayında yoluxan indi yenə yoluxur. Bu, o deməkdir ki, bu xəstəliyə dayanıqlı immunitet yaranmır”.
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bu sözləri tanınmış həkim Qalib Əsədov Azərbaycanda koronavirusa qarşı aparılan mübarizəni şərh edərkən bildirib:
Onun sözlərinə görə, Azərbaycanda koronvirusa qarşı aparılan tədbirlər effektli deyil:
"Belə olan halda bu cür təşkilatçılıqla biz sonsuzluğa qədər karantin rejimində oturacağıq. Adamlar təkrar-təkrar yoluxacaq, illər boyu məktəblər işləməyəcək, gənclər toy edə bilməyəcək, işsizlik baş alıb gedəcək. Bütün dünya bunu artıq anlayıb və müvafiq tədbirlər görür.
1. Testləri çox miqdarda edərək, operativ surətdə yeni xəstələnənləri aşkar edir.
2. Dərhal müvafiq müalicə tədbirlərinə başlayır. Apteklərdə də ki, kifayət qədər keyfiyyətli dərman var.
Hamı da işində, gücündə. Mən İsveçrə, Belarus, Cənubi Koreya demirəm, elə Naxçıvan modelindən istifadə edə bilərik. Bir baxın, orda yoluxma və ölüm nə qədərdir. Çünki iş düzgün təşkil olunub”.
Onun sözlərinə görə, çoxlu test aparmalı, testlərin cavabı operativ hazırlanmalı və apteklər keyfiyyətli dərmanlarla təchiz olunmalıdır:
"Məktəb, universitet, iş yerləri bir sözlə, hər yan açılmalıdır. Başqa yolumuz yoxdur. Dünyanın heç bir yerində ilboyu karantin olmayıb”.