azadses.az » Cəmiyyət » Vətən Müharibəsinin qazisi: “Allah hər kəsə şəhid olmağı nəsib etmir”

Vətən Müharibəsinin qazisi: “Allah hər kəsə şəhid olmağı nəsib etmir”

Vətən müharibəsində iştirak edən neftçi qazilərdən biri də Davud Ağayevdir. Davud 1996-cı ildə İsmayıllı rayonunda anadan olub. Orta məktəbi bitirdikdən sonra indiki Neft və Sənaye Universitetinə qəbul olaraq Geofizika ixtisasına yiyələnib. Ali təhsili bitirən Davud 2017-2018-ci illər ərzində Tərtər rayonunun N saylı hərbi hissəsində kəşfiyyatçı kimi vətənə olan borcunu yerinə yetirib. Bir neçə ildir ki, Azərbaycan Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsində geofizik vəzifəsində çalışır.
Döyüş xatirələrini Trend-lə bölüşən Davud da Vətən müharibəsi başlayan ərəfədə ona gələn çağırışa sevinərək qürurlu halda Vətənin müdafiəsinə yollanıb. “Sağ olsunlar ki, məni də çağırdılar” - deyən qazimiz, öncə kəşfiyyatçı kimi müxtəlif təlimlərə cəlb olunub. Atəş vərdişlərinin təkmilləşdirilməsi, silah-sursatdan istifadə qaydaları, xəritə üzərində işləmə, ilkin tibbi yardım və.s. təlimlərində müvəffəqiyyətlə iştirak edərək torpaqlarımızın azadlığı uğrunda döyüşə, müharibəyə qoşulub. Müharibə başlayanda, döyüşə yollanan igidimiz həmin an keçirtdiyi hissi belə izah edir:
“Artıq mən biləndə ki, döyüş tapşırığına gedirəm, başa düşdüm ki, bu, bizim borcumuz olan müqəddəs bir vəzifədir və şükür ki, Allah bu müqəddəs vəzifəni mənə, əsgər yoldaşlarıma nəsib etdi və artıq biz burada Vətənimizin müdafiəsindən ötrü canımızı fəda etməyə hazır olmalıyıq. İşğal altında olan torpaqlarımızın azad olunması üçün, məscidlərdə azan səsinin verilməsi üçün, Azərbaycan xalqının izzətini, şərəfini yüksəltmək üçün bu torpaq uğrunda vuruşmağımız bizim üçün müqəddəs bir vəzifə idi. Hər bir azərbaycanlının borcudur ki, bu vəzifə üzərinə düşəndə əlindən gələni etsin. Allah bu şərəfi bizə nəsib etdiyi üçün sevinirdik”.
Heç qorxu hissi var idimi? - sualını isə belə cavablandırır:
“Heç kəs deyə bilməz ki, qorxu hissi olmur, qorxusuz insan yoxdur, amma bu elə bir müqəddəs vəzifədir ki, bunu yerinə yetirmək bizim borcumuzdur. Biz bilirik ki, müharibədə Vətən uğrunda həlak olanda şəhid olurlar, bizim üçün bu müqəddəs bir zirvədir. O şəhidliyi qazanmaq üçün can atırdıq, düşməndən qorxmurduq. Amma görürsən, Allah hər kəsə şəhid olmağı nəsib etmir”.
İlk olaraq Ağdərə istiqamətində “Polad” postundan hücuma keçən bölmələrə dəstək məqsədi ilə döyüşə qatılan qazimiz yaralanmağını belə xatırlayır:
“Biz bir neçə nəfərlik qruplarla tapşırığa uyğun olaraq Ağdərə istiqamətində hücuma keçən yoldaşlara dəstək üçün hərəkətə başladıq. Həmin vaxtı bizi şiddətli atəşə tutdular. Ancaq buna baxmayaraq, biz düşmənə layiqli cavab verərək irəliləməyə müvəffəq olduq və digər yoldaşlarımızın yanına çatdıq. Gördük ki, onlardan bir neçəsi yaralıdır. Hətta çavuşlardan biri bir neçə yerindən güllə yarası almağına baxmayaraq, döyüşə davam edirdi. Biz yaralılarla birlikdə hərəkət etməyə başladıq. Güllələrdən yayınmaq üçün bir neçə saat uzanaraq hərəkət edirdik.
Həmin vaxt güllələrdən biri kürəyimi sıyıraraq keçdi. Xoşbəxtlikdən yaram o qədər də ciddi deyildi. Yaralı halda bir neçə gün döyüşə davam etdik və 5 gündən sonra toplanış məntəqəsinə qayıtdıq. Toplanış məntəqəsində mənə əsgər yoldaşlarım tərəfindən ilkin tibbi yardım edildi və yenidən tapşırığa uyğun olaraq Talış kəndi və Suqovuşan istiqamətində döyüş tapşırığına yollandıq. Suqovuşandan toplanış məntəqəsinə geri dönərkən yoldaşlar yaramın ağırlaşdığını gördülər. Ondan sonra məni Naftalan hərbi hospitalına müalicə almaq üçün göndərdilər”.
Qeyd edək ki, qazimiz hazırda evdə müalicəsini davam etdirir.Oxu.az
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda 20 yaşlı qadın öldürülüb, qardaşı saxlanılıb - YENİLƏNİB
  2. Qaraçuxurda motosikletçi yol qəzasında xəsarət alan var
  3. Tərtərdə avtomobil beton maneəyə çırpılıb, gənc qız ağır yaralanıb
  4. Səbail rayonunda avtomobillərin toqquşması zamanı ahıl qadın xəsarət alıb
  5. Bakıda yol qəzası olub, xəsarət alan var
  6. Talış Dağlıq zonasında güclü zəlzələ olub
  7. Samuxda narkotik yetişdirməkdə şübhəli bilinən şəxs saxlanılıb
  8. Sabunçu prokurorluğunda 31 yaşlı kişinin qətlə yetirilməsi ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB
  9. Qazaxda avtomobilin vurduğu piyada xəstəxanada ölüb - YENİLƏNİB
  10. Bakıda yolu keçən 42 yaşlı qadını avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi Ətraflı
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İyunun 22-də ingilis dili müəllimləri sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində iştirak edəcəklər. Bu barədə Ətraflı
Bütün xəbərlər
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Şou biznes
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı