Müharibə vaxtı 5 yaşı vardı, indi özünü Qarabağ əlili kimi təqdim edir
- 18-08-2020, 11:53
- Cəmiyyət
Hazırda paytaxt Bakının əsas problemlərindən biri də qanunsuz tikililərlə bağlıdır. Xüsusilə neft mədənlərinin ərazisində, boru kəmərlərinin mühafizə zonasında tikilən evlər həm əhalinin sağlamlığı, həm də neft sənayesinə yaratdığı maneələr baxımından ciddi narahatlıq doğurur.
Bəzi insanlar hüquq mühafizə orqanlarının, həmçinin SOCAR-ın Təhlükəsizlik İdarəsinin bütün xəbərdarlıqlarına baxmayaraq neft sənayesi torpaqlarında tikinti işlərini davam etdirirlər. Özü də bu cür ərazilərdə zəbt olunma prosesi get-gedə genişlənməklə bir neçə mərhələdə aparılır. Əvvəlcə gizli şəkildə gecə vaxtı ev tikib dam örtüyünü vururlar. Bu vəziyətdə bir müddət yaşadıqdan sonra əraziyə hasar çəkirlər. Daha sonra hasarın içində bir neçə ev tikib ya satırlar, ya da kirayə verirlər. Bax beləcə illərdir neft sənayesinə məxsus torpaqlar zəbt olunur.Gürcüstan vətəndaşı Urxan Hüseyinov da Binə Atçılıq yaşayış sahəsində 12 ildir yaşadığı evin həyətinə hasar çəkmək qərarına gəlib. Lakin onun zəbt etdiyi ərazi 300 mm-lik Buzovna-Ramana neft kəmərinin mühafizə zonasına düşür. Təbii ki, qanunsuz tikilən evin sənədləri yoxdur. Urxan gah evin bibisi Novruzova Zərnişan Aslan qızına məxsus olduğunu, gah da sənədləri itirdiyini deyir. Bu qanunsuz işlərdə onun "yol göstərəni" isə özünü jurnalist, radiofm.az saytının təsisçisi kimi təqdim edən Aqil Böyükxan oğlu Məmmədovdur. 1985-ci il təvəllüdlü Aqil Məmmədov Qarabağ müharibəsi əlili olduğunu, Tərtər istiqamətində gedən döyüşlərdə iştirak etdiyini deyir, elə buna görə də əmisi oğlunun qanunsuz tikintisinə göz yumulmasını tələb edir. Qarabağ müharibəsi vaxtı 5-9 yaşı olan Aqilin müharibədə iştirak etmədiyi, aşkar şəkildə saxtakarlıq edib özünü Qarabağ müharibəsi əlili kimi təqdim etdiyi görülür. Çünki bu şəxs yaxşı bilir ki, Aərbaycan cəmiyyətində, eləcə də SOCAR-da Qarabağ qazilərinə böyük ehtiram, hörmət göstərilir, ona görə də bu addan istifadə etməyə çalışır.
Üstəlik "əmim oğlu" dediyi Urxanla fərqli soyad daşımaları, birinin gürcüstanlı, digərinin zəngilanlı olması da Aqilin yalan danışmağa adətkar olduğun göstərir.
Araşdırmalar onu deməyə əsas verir ki, bəzi şəxslər Qarabağ müharibəsi əlili adından istifadə edərək neft kəmərlərinin mühafizə zonasında, mədən ərazilərində qanunsuz tikinti işlərinə havadarlıq edir. Onlar tikinti sahiblərindən müxtəlif məbləğlərdə pul alıb "hər şey mənlikdir" kimi vədlər verilər. SOCAR-ın Təhlükəsizlik İdarəsinin əməkdaşları qanunsuz tikinti işlərini aşkarlayıb onun qarşısını almağa çalışanda isə münaqişə yaradıb, "Qarabağ əlillərinə qarşı hörmətsizlik edilir" görüntüsü yaratmağa çalışırlar.
Lakin bu cür saxtakarlardan fərqli olaraq Qarabağ müharibəsində ön cəbhədə olan 2 mindən çox qazimiz hazırda SOCAR-da çalışır. Onlardan biri də "Aprel döyüşləri”ndə düşmənin üzərinə şığıyan Elvin Orucovdur. (www.facebook.com/133540006747668/posts/2666675236767453/ )Bir vaxtlar Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda çarpışan qazimiz hazırda Azərbaycanın neft strategiyasının təhlükəsizliyinin təmin edilməsi istiqamətində xidmət aparır.
Qeyd edək ki, qanunvericiliyə əsasən neft kəmərlərindən minimum 50 metr məsafədə hər hansı tikinti işlərinin aparılması qadağandır və neft kəmərinin mühafizə zonasında tikinti işləri aparan Urxan Hüseyinov və Aqil Məmmədovun qanunsuz əməlləri barədə Xəzər Rayon Polis İradəsinə məlumat verilib.