azadses.az » Cəmiyyət » Şuşa ilə bağlı yeni xəbər

Şuşa ilə bağlı yeni xəbər

Kiçik Kirs mənbəyindən sonra Zarıslı mənbəyindən suyun verilməsi ilə Şuşa şəhərinin alternativ və dayanıqlı içməli su təchizatı təmin edilib.
 
“Azərsu” ASC-dən ''Azad Səs''-ə verilən məlumata görə, Şuşa şəhərinin içməli su təchizatının dayanıqlığını təmin etmək və Kiçik Kirs mənbəyindən asılılığı aradan qaldırmaq üçün Zarıslı mənbəyi və Zarıslı-Şuşa magistral kəmərində aparılan təmir-bərpa işləri yekunlaşıb və şəhərə yeni mənbədən suyun verilməsi təmin olunub. Müdafiə Nazirliyinin müvafiq bölmələri ilə birgə təhlükəsizlik tədbirləri görülməklə Şuşa şəhərindən 11 km məsafədə yerləşən Zarıslı mənbəyi və Laçın-Şuşa avtomobil yolunun kənarı ilə çəkilmiş magistral su xətti tam təftiş edilib, kəmərin qəzalı hissələri müəyyənləşdirilib.
 
“Azərsu” ASC-nin Bakıdan və Cəbrayıl sukanal sahəsindən ezam olunmuş mühəndis-texniki heyəti tərəfindən qısa müddətdə qəzalar aradan qaldırıb, kəmərin sıradan çıxmış hissəsləri dəyişdirilib. Eyni zamanda mənbədə olan 3 sugötürücü qurğudan 2-də təmir-bərpa işləri başa çatdırılaraq mənbənin məhsuldarlığı artırılıb. Kəmərlə nəql olunan içməli suyun mərkəzi anbara və buradan da şəhər şəbəkəsinə ötürülməsi təmin edilib. Anbarda generator quraşdırılıb, hipoxlorid məhlulundan istifadə olunmaqla zərərsizləşdirici qurğu istismara verilib. Şəhərin anbardan yüksəklikdə yerləşən ərazilərinin su təminatının aparılması məqsədilə anbarda yeni nasos quraşdırılıb. Eyni zamanda zərurət yarandıqda suyun maşınlarla daşınması üçün sudoldurma məntəqəsi yaradılıb.
 
Hazırda Şuşa şəhərinin daxili paylayıcı su şəbəkəsinin sıradan çıxmış və qəzalı hissələrinin təmiri davam etdirilir, su almayan bina və tikililərin su təchizatı bərpa edilir.
 
Qeyd edək ki, Şuşa şəhəri işğaldan azad olunduqdan sonra şəhərə içməli suyun verilməsi tam dayanmışdı. Düşmən tərəf şəhəri tərk edərkən magistral su kəmərini də sıradan çıxarmışdı. Yaranmış içməli su probleminin həlli məqsədilə ilkin olaraq Daşaltı kəndinin içməli su təchizatı bərpa edilib və Şuşa şəhərini müvəqqəti olaraq maşınlarla su ilə təmin etmək üçün Daşaltıda sudoldurucu məntəqə yaradılıb. Sonra Kiçik Kirs mənbəyində və uzunluğu 9,4 km olan Kiçik Kirs-Şuşa magistral su kəmərinin qəzalı hissələrində bərpa işləri aparılaraq 25 noyabr 2020-ci il tarixində Şuşa şəhərinə suyun verilməsi təmin olunub.
 
Mənbələrdə, magistral kəmərlərdə və şəhərdaxili paylayıcı şəbəkələrədə yaranan problemlərin operativ həlli məqsədilə “Azərsu” ASC-nin mühəndis-texniki heyəti və qəza briqadası tərəfindən Şuşa şəhərində fasiləsiz xidmət təşkil edilib.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Talış Dağlıq zonasında güclü zəlzələ olub
  2. Samuxda narkotik yetişdirməkdə şübhəli bilinən şəxs saxlanılıb
  3. Sabunçu prokurorluğunda 31 yaşlı kişinin qətlə yetirilməsi ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB
  4. Qazaxda avtomobilin vurduğu piyada xəstəxanada ölüb - YENİLƏNİB
  5. Bakıda yolu keçən 42 yaşlı qadını avtomobil vurub
  6. Sabahın hava proqnozu: Leysan xarakterli yağış yağacaq, şimşək çaxacaq
  7. CAR-da ağır qəza: Çox sayda ölən və yaralanan var
  8. Daşkəsəndə arvadını balta ilə qətlə yetirməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi başlanıb
  9. Bakıda ailə üzvlərini önə verərək polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilib
  10. Şabranda evə basqın olub, ölən və yaralanan var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi Ətraflı
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İyunun 22-də ingilis dili müəllimləri sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində iştirak edəcəklər. Bu barədə Ətraflı
Bütün xəbərlər
«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Şou biznes
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı
Britni Spirs: “Ədalət yoxdur”
Britni Spirs: “Ədalət yoxdur”