"Azərpoçt" işğaldan azad olunmuş ərazilərdə modul tipli poçt şöbələri açır
- 17-12-2020, 08:59
- Cəmiyyət
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Azərpoçt" MMC işğaldan azad olunmuş ərazilərdə modul tipli poçt şöbələrinin yerləşdirilməsi üçün kotirovka sorğusu elan edib.
''Azad Səs'' “Report”-a istinadən xəbər verir ki, sorğuda iştirak etmək istəyənlər təkliflərini dekabrın 21-i, saat 17:00-a qədər şirkətin yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, Üzeyr Hacıbəyov küçəsi, 72 ünvanına təqdim edə bilərlər.
Maraqlanan təşkilatlar (012) 493-56-00 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Təkliflərə dekabrın 22-də, saat 12:00-a qeyd olunan ünvanda baxılacaq.