MİDA Hövsan yaşayış kompleksində poliklinika tikdirir
- 13-11-2020, 16:32
- Manset
Mənzil İnşaatı Dövlət Agentliyinə (MİDA) məxsus MİDA MMC Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsindəki yaşayış kompleksində poliklinika binasının tikintisi üçün açıq tender elan edib.
''Azad Səs'' “Report”-a istinadən xəbər verir ki, tenderdə iştirak haqqı 300 manatdır.
İddiaçılar ilkin sənədləri dekabrın 4-ü, saat 15:00-a qədər, tender təklifi və onun dəyərinin 1 %-i qədər bank təminatını isə dekabrın 14-ü saat 15:00-a qədər dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə təqdim edə bilərlər. Əlaqələndirici şəxs qurumun Satınalmaların təşkili şöbəsinin müdirinin müavini Zahid Vəliyevdir. Telefon: (012) 594-54-01 (daxili: 238).
Tenderin nəticəsi dekabrın 15-i saat 15:00-da portalda açıqlanacaq. İş ən gec 3 ay müddətində təhvil verilməlidir.