Главная > Siyasət / Manset > Fransa qoşunlarını Burkina Fasodan çıxarır
Fransa qoşunlarını Burkina Fasodan çıxarır26-01-2023, 11:43. Разместил: admin |
Fransa Burkina Fasodan qoşunlarını 30 gün ərzində çıxarmaq niyyətindədir. Bu barədə çərşənbə günü Fransa Xarici İşlər Nazirliyinin nümayəndəsi məlumat verib. “Çərşənbə axşamı biz Burkina-Faso hökuməti tərəfindən bu ölkədə mövcud olan fransız qoşunlarının statusu ilə bağlı 2018-ci il sazişinin denonsasiya edilməsi barədə rəsmi bildiriş aldıq. Sazişin şərtlərinə əsasən, denonsasiya sənədi yazılı bildirişin alınmasından bir ay sonra qüvvəyə minəcək. Biz şərtlərə əməl edəcəyik və bu tələbi yerinə yetirəcəyik”, - deyə nazilik nümayəndəsi bildirib. Qeyd edək ki, ötən ilin yayından bəri Burkina Fasoda fransız qoşunlarının çıxarılması tələbi ilə kütləvi nümayişlər keçirilir. Вернуться назад |