Fransa qoşunlarını Burkina Fasodan çıxarır
Fransa Burkina Fasodan qoşunlarını 30 gün ərzində çıxarmaq niyyətindədir.
Bu barədə çərşənbə günü Fransa Xarici İşlər Nazirliyinin nümayəndəsi məlumat verib.
“Çərşənbə axşamı biz Burkina-Faso hökuməti tərəfindən bu ölkədə mövcud olan fransız qoşunlarının statusu ilə bağlı 2018-ci il sazişinin denonsasiya edilməsi barədə rəsmi bildiriş aldıq. Sazişin şərtlərinə əsasən, denonsasiya sənədi yazılı bildirişin alınmasından bir ay sonra qüvvəyə minəcək. Biz şərtlərə əməl edəcəyik və bu tələbi yerinə yetirəcəyik”, - deyə nazilik nümayəndəsi bildirib.
Qeyd edək ki, ötən ilin yayından bəri Burkina Fasoda fransız qoşunlarının çıxarılması tələbi ilə kütləvi nümayişlər keçirilir.