Главная > Siyasət / Manset > Azərbaycan XİN-dən İslandiyaya CAVAB
Azərbaycan XİN-dən İslandiyaya CAVAB20-01-2023, 10:37. Разместил: admin |
Azərbaycanın Xarici İşlər Nazirliyi İslandiya Nazirlər Komitəsinə cavab verib. Azərbaycan XİN-in mətbuat katibi Ayxan Hacızadə özünün “Twitter” hesabında yazıb: “Paradoksal olan budur ki, İslandiya Nazirlər Komitəsinin sədri yüz minlərlə azərbaycanlının məcburi köçkün olmasını, Ermənistan tərəfindən törədilən qəddarlıqları və müharibə cinayətlərini rədd edir. Laçın yolunda qanunsuz istismar və sui-istifadə hallarının qarşısının alınması tələbi ilə keçirilən dinc aksiyalar qanunidir”, - deyə o əlavə edib. Qeyd edək ki, İslandiya Nazirlər Komitəsi Qarabağın blokadada olduğunu bildirib. Вернуться назад |