Главная > Siyasət / Manset > Ukraynada müharibədən zərər çəkən uşaqların sayı minə yaxınlaşır
Ukraynada müharibədən zərər çəkən uşaqların sayı minə yaxınlaşır9-07-2022, 17:40. Разместил: admin |
Rusiya Federasiyasının genişmiqyaslı silahlı təcavüzündən minə yaxın ukraynalı uşaq zərər çəkib. Bu barədə Ukraynanın Baş Prokurorluğu məlumat yayıb. “Rusiya Federasiyasının dövlətimizə genişmiqyaslı silahlı təcavüzü nəticəsində Ukraynada 994 uşaq zərər çəkib. 9 iyul 2022-ci il səhər saatlarına olan məlumata görə, uşaq qurbanların gündəlik rəsmi sayı dəyişməyib - 347. Xəsarət alanların sayı isə artaraq 647 olub”, - deyə məlumatda bildirilir. Bu rəqəmlər yekun deyil, çünki müvəqqəti olaraq işğal olunmuş və azad edilmiş ərazilərdə, aktiv döyüş əməliyyatlarının aparıldığı bölgələrdə bu sayın müəyyənləşdirilməsi üzrə işlər davam edir. Вернуться назад |