Главная > Siyasət / Manset > Azərbaycan və Rumıniya arasındakı münasibətlərin 30-cu ildönümü münasibətilə tədbir keçirilib - FOTO
Azərbaycan və Rumıniya arasındakı münasibətlərin 30-cu ildönümü münasibətilə tədbir keçirilib - FOTO10-06-2022, 23:11. Разместил: admin |
17 iyun 2022-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində Azərbaycan Respublikası və Rumıniya arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə tədbir və sərgi keçirilib. Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, tədbirdə AR XİN-in rəhbər heyəti, Rumıniyanın Azərbaycan Respublikasındakı Səfirliyinin rəhbərliyi və əməkdaşları, habelə Bakı Qlobal Forumunda iştirak məqsədilə ölkəmizdə səfərdə olan Rumıniyanın keçmiş prezidenti Emil Konstantinesku, sabiq Baş nazirinin müavini Ana Birçal, sabiq xarici işlər naziri və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) hazırki baş katibi Lazar Komanesku, eləcə də digər qonaqlar iştirak edib. Tədbir hər iki ölkənin dövlət himnlərinin səslənməsi ilə başlayıb. Tədbirdə çıxış edən Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfov son 30 il ərzində Azərbaycan və Rumıniya arasında müxtəlif istiqamətlərdə inkişaf edən münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bildirib. Xələf Xələfov, bu xüsusda həyata keçirilmiş çoxsaylı qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb. Ölkələrimiz arasında iqtisadi əlaqələr və əməkdaşlığın uğurla inkişaf etdiyini bildirən nazir müavini Xələf Xələfov, iqtisadi-ticarət sahəsində əməkdaşlığın genişlənməsi üçün böyük imkanların mövcudluğunu ifadə edib. Daha sonra çıxış edən Rumıniyanın Azərbaycan Respublikasındakı səfiri Vasile Soare Azərbaycan Respublikası ilə Rumıniya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə öz səmimi təbriklərini çatdırıb. Rumıniyanın Türkiyədən sonra Azərbaycanın müstəqilliyini tanıyan ikinci dövlət olmasını bildirən səfir Vasile Soare, 30 il ərzində ölkələrimiz arasında müxtəlif sahələrdə inkişaf edən dostluq və strateji tərəfdaşlıq münasibətlərini məmnunluqla qeyd edib və bu xüsusda, 2009-cu ildə ölkələrimiz arasında imzalanan strateji tərəfdaşlıq haqqında Bəyannamənin əhəmiyyətini vurğulayıb. 30 il ərzində iki ölkə arasında münasibətlərin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi və mədəni sahələrdə inkişaf edən münasibətlərdən məmnunluq ifadə edən səfir bu xüsusda iki ölkə arasında mövcud ali səviyyəli dialoqun əhəmiyyətini qeyd edib. Tədbirdə həmçinin, Rumıniyanın sabiq Baş nazirinin müavini Ana Birçal, Rumıniyanın sabiq xarici işlər naziri Lazar Komanesku çıxış edərək iki ölkə arasında diplomatik münasibətlərin qurulması münasibətilə öz səmimi təbriklərini çatdırıb, habelə Azərbaycan və Rumıniya arasında münasibətlərin inkişafına dair baxışlarını tədbir iştirakçıları ilə bölüşüblər. Tədbirin sonunda iştirakçılar Azərbaycan və Rumıniya arasında diplomatik münasibətlərin 30 illiyinə həsr edilmiş sərgi ilə tanış olublar. Вернуться назад |