azadses.az » Siyasət » “Arutyunyan bizə dedi ki...” - Yəhudi ekspertlə SENSASİON Qarabağ MÜSAHİBƏSİ

“Arutyunyan bizə dedi ki...” - Yəhudi ekspertlə SENSASİON Qarabağ MÜSAHİBƏSİ

Ermənistan elə düşünürdü ki, Paşinyanın üzünə tüpürdüyü Rusiya hökumətinin güclü ordusu gedib onların yerinə döyüşəcək.

 

''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bu sözləri İsrailin tanınmış politoloqu, beynəlxalq münasibətlər üzrə ekspert Mixail Finkel söyləyib.

 

- Cənab Finkel, İkinci Qabağ müharibəsi, Azərbaycanın tarixi qələbəsi və Ermənistanın kapitulyasiyasını necə dəyərləndirirsiniz?

 

- Ümumiyyətlə, hər bir ölkə, hər bir ordu müharibədə uduza bilər. Uinston Çörçil İkinci Dünya müharibəsi başlayanda bir ifadə işlədir: Bəlkə də döyüşü uduzduq, amma müharibədə qalib gələcəyik”.

 

Azərbaycan da həmçinin 90-cı illərin əvvəllərində döyüşü uduzdu. Lakin bu, müharibə məğlubiyyəti deyildi. Vəziyyətin çətinliyini dərk edən Azərbaycan xalqı dizini yerdən qaldırdı və 21-ci əsrin ordusunu qurdu. Bu isə təbii ki, Prezidentiniz İlham Əliyevin xidmətidir. Məhz onun sayəsində Azərbaycan hərb elminin son nailiyyətlərinə yiyələndi. Ən son hərbi texnika, müasir ordu quruculuğunu nəinki İsrailin, NATO-nun da generalları təqdir etdilər. Bu, yüksək texnologiyalar və peşəkarlıq əsasında gerçəkləşən 21-ci əsrin müharibəsidir. Qarşı tərəfdə isə keçmiş işğallarına arxalanıb ordusunu, hərbi qüvvəsini gücləndirməkdən vaz keçən Ermənistan vardı. Onların məğlubiyytinin əsas səbəbi də budur. Öyrənmək, irəliləmək bu xalqın ordusu üçün yad anlayışdır. Qədim bir məsəldə deyildiyi kimi, sərmayə qoymayan, məğlubdur. Bu, tək hərbdə deyil, hər yerdə beldir. Xalqınızı təbrik edirəm. İsrail hökuməti də, xalqı da sonadək yanınızdadır və Azərbaycanın güvənli müttəfiqidir.

 

- İsrail əziz qardaşımızdır. Dəstəyinizdən güc alırıq.

 

- Bəli, biz qardaş millətik. Bu qardaşlığı qəlbən, ruhən hiss edirik. Min ildən çox birgə yaşamışıq. Xəzər xaqanlığı əcdadlarımızı daim qoruyub. Azərbaycan bizə qarşı heç vaxt ayrı-seçkilik, diskriminasiya nümayiş etdirməyib. Niyyətimiz də, arzularımız da eynidir.

 

- Yəqin razılaşarsınız ki, tarixi erməni xəyanətinədək Azərbaycan öz ərazisində onlara da eyni şəraiti, imkanları yaratmışdı. Cənab Finkel, səthi düşünsək, erməni məğlubiyyəti karma qanunudur. Lakin bu kapitulyasiyanı peşəkar kimi şərh etməyinizi istərdim...

 

- Yuxarıda sadaladığım faktlar Ermənistanın məğlubiyyət mesajı idi. Təhsilsiz hərbçilər, kasıb silah-sursat bazası və s. Bundan əlavə, elə düşünürdülər ki, başları dərdə düşən kimi güclü və böyük rus ordusu gəlib, onların əvzinə döyüşəcək. Lakin Paşınyanın dəfələrlə Rusiyanın “üzünə tüpürdüyünü” undurdular. Ölkədə rus telekanalları ödənişli nümayişə keçdi, rus dilinə qadağa qoyuldu, Njde, General Dro kimi Hitler üçün çalışan faşıstlərə açıq-aydın abidələr qoyuldu, xalqın qəhrəmanları elan olundular. Bu hal Moskvanın narahatlığına və qəzəbinə səbəb oldu. Özləri də döyüşə bilmədikləri üçün bütün şanslardan məhrum oldular.

 

- Ali Baş Komandanımız Birinci xanımla birgə işğaldan azad olunmuş bir sıra ərazilərdə oldular. Ermənilərin torpaqlarımızda törətdikləri vandallığın bir daha şahidi olduq. Azərbaycanın növbəti addımı Ermənistanı beynəlxalq məsuliyyətə cəlb etmək olacaq. Ümumiyyətlə, bu prosedur hansı mərhələlərdən ibarət olur?

 

- Torpaqlarınızda törətdikləri dəhşətlər terrorizm, vandalizm və onlara xas olmayan ərazilərdə törtdikləri vəhşilik kimi qeydə alınmalıdır. Ağacların, meşələrin, unikal bitki növlərinin yandırılması, kəsilməsi çox böyük cinayətdir. Biz şahid oluruq ki, bu vəhşilik atəşkəs dövründə də davam etdirilib. Demək ki, Cenevrə Konvensiyası və digər protokollar kökündən pozulub. Hazırda bu işlə məşğul olan Amerika və Avropanın nüfuzlu hüquq şirkətləri var. İlkin mərhələdə bu şirkətlərdən biri Ermənistana qarşı iddia irəli sürür. Bu vəhşilikləri törədən insanların hamısını tək-tək məsuliyyətə cəlb etmək də mümkün deyil. Çünki çoxunu tapmaq, cinayətlərini sübut etmək mümkün olmayacaq. Lakin birmənalı şəkildə bu cinayətin səbəbkarı olan Ermənistana qarşı iddia qaldırılmalıdır. Ən önəmli faktlardan biri də odur ki, prosesin gedişatını sözügedən məsələlər üzrə ixtisaslaşmış peşəkar vəkillər aparsın. Əminəm ki, Azərbaycan növbəti haqq mübarizəsinin qalibi olacaq. Çünki maddi və mənəvi ziyanın nəhəngliyi göz önündədir. Sadəcə sənədləri, foto, video materialları bir yerə toplamaq vacibdir. Daha sonra hüquqi sənədlər əsasında ziyanın məbləği hesablanmalı və cinayət işi açılmalıdır. Bənzər hadisə İkinci Dünya müharibəsindən sonra da baş vermişdi. Hələ də Amerikanın bəzi hüquq şirkətləri yəhudilərə dəymiş mənəvi və maddi ziyana görə Almaniyaya cinayət işi açmaqda davam edirlər. Biz sivil cəmiyyətdə yaşayırıq. Hər bir dövlət öz cinayətinə, səhvlərinə görə cavab vermək məcburiyyətindədir.

 

- Bəli, sivil dünyada yaşayırıq. Amma eşitdiyimə görə, azğın erməni lobbisi sizi də təhdid edir...

 

- Burada qorxu, yaxud təhlükə yaradacaq məqam yoxdur. Amma etiraf etməliyəm ki, erməni xalqının nasist ruhda formalaşan vətəndaşları təhdid, təhqir dolu mesajlar yazırlar. "Heyf ki, Hitler sizin hamınızı məhv etmədi", "Holokost missiyası tamamlanmalı idi ki, İsrail bu gün Azərbaycana silah sata bilməsin", "Siz canisiniz" və s. Bu ittihamların məntiqli səbəbi yoxdur. Keçmiş qondarma respublikanın başçısı Araik Arutyunyan da bu təhqirlərlə çıxış edənlər sırasında idi. O, hətta dedi ki, Qarabağda ermənilərin məğlubiyyətinin səbəbkarı biz yəhudilərik, çünki yəhudi silahlarından istifadə olunur. Azərbaycan tərəfi müharibə boyu bütün beynəlxalq konvensiyalara riayət etdi. Mülki əhalinin yaşadığı heç bir obyekti qəsdən atəşə tutmadı.

 

Ən qəribəsi isə odur ki, Ermənistan Azərbaycana silah satmaqda yalnız bizi günahlandırır. Rusiya Federasiyasını görməzdən gəlir. Belə başa düşürəm ki, ittihamın da xalq və ölkəyə görə limiti mövcuddur. Lakin yenə də deyirəm, ermənilərin çoxu sosial hesablarında Hitleri qınamaqdan əl çəkmirlər. Ümid edirəm, onların arasında da adekvat düşünənlər var. Təəssüf ki, Ermənistanda ciddi təhsil, təlim-tərbiyə islahatları aparılmalıdır ki, xalqın xəstə faşist təfəkkürü dəyişsin. Hələlik isə bu yalnız arzu və ümiddir.

 

 

 

- Bir müddət öncə Fransanın məşhur hüquqşünası, beynəlxalq hüquq eksperti ilə müsahibə edirdim. Ötən əsrin 90-cı illərində Qarabağı öz istəyimizlə tərk etdiyimizi söylədi. Tarixi faktları önünə qoyanda isə, “təəssüf... biz beynəlxalq hüquqçuların çoxu bu həqiqəti bilmirdik” deyə cavab verdi. Bu kor qardaşlığın kökü haradan qaynaqlanır?

 

- Gəlin məsumca davranmayaq. Fransada çox güclü erməni icması var. İstər mətbuat, istər diplomatiya, istərsə də digər sahələr olsun. Bu, Kaliforniya ştatında da belədir. İkinci fakt isə uzun tarixə söykənən xristian qardaşlığıdır. Məntiqlə düşünməliyik. Bu gün dünyanın ən nüfuzlu ölkələrində xristian dini hakimdir. Və təbii ki, istənilən xristian ölkəsi öz din qardaşı Ermənistana daha çox inanacaq. Ermənistan tərəfində olmağa can atacaq. Xristianın xristiana münasibəti ikiqat doğmalıq deməkdir. Onlar məsələnin dərininə varmadan, müharibəni sivilizasiyalara bölürlər. Sanki xristian soyqırımından söhbət gedir. Biz yəhudilər bu fakta alışdığımız üçün heç vaxt təlaşlanmırıq. Sadəcə, tarix boyu haqqımız olan uğrunda mübarizə cəbhəsində möhkəmlənib, ruhən daha da güclənirik. Əminəm ki, Azərbaycan da belə olacaq.

 

- Artıq müharibə bitdi. Lakin hər kəs müxtəlif fərziyyələr irəli sürür. Uğrunda savaşdığımız doğma Qarabağın gələcəyini necə görürsünüz?

 

- Düşünürəm ki, yaxın dövr ərzində ermənilərlə sülh şəraitində yaşamaq mükün olmayacaq. Mətbuatdan da şahid oluruq ki, erməni xalqı ölkə rəhbərliyinin imzaladığı kapitulyasiya sənədilə razılaşmır. Düşünürəm ki, Ermənistan önümüzdəki illər ərzində maliyyə toplayıb, ordusunu gücləndirmək istəyəcək ki, yenidən torpaqlarınızda müharibəyə başlasın. Bu hala tam hazırlıqlı olmalısınız. Regionun stabilləşməsi üçün Ermənistanda elə bir hakimiyyət qurulmalıdır ki, daşnakların idealogiyasının üstündən xətt çəkib, qonşuları ilə sülhə nail olsun. Təəssüf ki, buna inanmıram. İstənilən halda xeyirə inanıb, şərlə müharibəyə hazır olun.

 

Xalqınızı isə ata-baba yurduna qayıtdığı üçün təbrik edirəm. Qələbənizə inanıram, müdrik rəhbərinizin siyasətindən əminəm. İnanıram ki, bir neçə il ərzində Qarabağı yamyaşıl cənnətə çevirəcəksiniz. Kənd təsərrüfatı inkişaf edəcək, yollar, küçələr, evlər ən gözəl şəkildə bərpa olunacaq. Tanrının bərəkəti daim üstünüzdə olacaq. Çünki qonaqpərvər, multikultural xalqsınız.Publika
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Sabunçuda yol qəzası olub, yaralanan var
  2. Pirşağıda avtomobillər toqquşub, yaralanan var
  3. Qaradağ rayonunda 28 yaşlı gənci avtomobil vurub
  4. Bakıda 46 yaşlı qadın yol qəzasında xəsarət alıb
  5. Bakıda atasının avtomobilini qaçıran yeniyetmə qəza zamanı ölüb
  6. Bakıda 22 yaşlı sürücü yol qəzasında xəsarət alıb
  7. Digahda avtomobillə vurulan piyada xəstəxanada ölüb
  8. Hindistandan Almaniyaya uçan təyyarə Heydər Əliyev Aeroportuna təcili eniş edib
  9. Qaradağda qəza törədən sürücü ağır xəsarət alıb
  10. Binədə yolu keçən qadını avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı (PMS) üzrə imtahanın I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Azərbaycan səfiri Meksikanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Milli Politexnik İnstitutunun Ali Kommersiya və Ətraflı
Bütün xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?