Ermənistanda qan ehityatları tükəndiyi üçün əhaliyə müraciət olunub.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, I, III və IV qan qruplarına ciddi ehtiyac yaranıb. Müraciəti Yolyan adına Hemotoli Mərkəzi yayıb. Vətəndaşlardan təcili mərkəzə gələrək qan vermələri tələb olunur.