Kamran Əliyev “Amnesty İnternational”ın baş katibinə müraciət ünvanladı
- 6-10-2020, 17:11
- Siyasət
Baş prokuror Kamran Əliyev “Amnesty İnternational” təşkilatının baş katibi xanım Julie Verhara rəsmi müraciət ünvanlayıb.
''Azad Səs'' “Qafqazinfo”-ya istinadən xəbər verir ki, müraciətə səbəb “Amnesty İnternational” təşkilatının veb-saytında 5 oktyabr 2020-ci il tarixdə “Ermənistan - Azərbaycan: mülki şəxslər qadağan edilmiş “claster” bombaların istifadəsindən qorunmalıdır” adlı dərc edilmiş məqalədə bir sıra faktların təhrif edilməsi olub.
Müraciətdə qeyd edilib ki, 27 sentyabr tarixdən etibarən Ermənistan silahlı qüvvələri geniş miqyaslı təxribat həyata keçirərək bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və mövqelərini atəşə tutub, nəticədə mülki insanlar və hərbi qulluqçularımız arasında ölən və yaralananlar var, dinc mülki əhalinin kompakt yaşadığı məntəqələr, mülki infrastruktur obyektləri - xəstəxanalar, tibb müəssisələri, məktəb binaları və uşaq bağçaları qəsdən hədəfə alınır, bu da bir daha Ermənistan rəhbərliyinin dövlət səviyyəsindəki terror siyasətinə sadiq olduğunu göstərir.
Diqqətə çatdırılmışdır ki, 27.09.2020-ci il tarixdən başlayan erməni terroru nəticəsində 27 mülki şəxs həlak olub, 141 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almış, çoxsaylı yaşayış evlərinə və mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan dəyib.
Ermənistanın hərbi-siyası rəhbərliyi tərəfindən beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozulmaqla, döyüş bölgəsindən xeyli uzaqda yerləşən müxtəlif şəhər və rayonlarımızda dinc mülki əhalinin sıx yaşadığı məntəqələr ağır artilleriya atəşinə tutulub. Belə ki, 500 mindən artıq əhalisi olan Azərbaycanın ikinci böyük şəhəri, çoxsaylı tarixi və mədəni abidələri olan qədim Gəncə, strateji əhəmiyyət daşıyan sənaye şəhəri Mingəçevir, habelə Beyləqan, Bərdə, Ağcabədi, Goranboy və digər rayonlar istifadəsi qadağan edilmiş raket və qurğulardan atəşə tutulub.
04.10.2020-ci il tarixdə Ermənistan tərəfindən növbəti təxribat törədilərək döyüş bölgəsindən xeyli uzaq məsafədə yerləşən Xızı və Abşeron rayonlarına iki ortamənzilli raket atılıb.
Qeyd edilmişdir ki, mütəxəssislərimiz tərəfindən Ermənistan silahlı qüvvələrinin mülki və strateji obyektlər də daxil olmaqla bütün hədəflərə qarşı beynəlxalq səviyyədə qadağan edilmiş yüksək dağıdıcı qüvvəyə malik “claster” bombalarından və “Smerch” raketlərindən istifadə etməsi müəyyən edilmişdir. Bunu sübut edən foto və videolar da müraciətə əlavə edilib.
Bu məlumatlar “Amnesty İnternational” təşkilatının rəhbərinin diqqətinə çatdırılmaqla rəsmi veb-saytda yerləşdirilməsi və bu həssas məsələdə obyektiv və qərəzsiz mövqe tutulması xahiş edilib.