QDİƏT PM-in komitə iclaslarında Ermənistanın Azərbaycan şəhərlərini atəşə tutması barədə məlumat verilib
- 8-10-2020, 09:43
- Siyasət
Oktyabrın 7-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) Mədəniyyət, təhsil və sosial məsələlər Komitəsinin 55-ci iclası videokonfrans formatında keçirilib.
''Azad Səs'' Modern.az-a istinadən xəbər verir ki, videokonfransda qurumdakı Azərbaycan nümayəndə heyətinin üzvlərindən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevlə deputat Ramin Məmmədov, digər üzv ölkələrin – Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna, Moldova, Albaniya, Bolqarıstan, Yunanıstan, Rumıniya, Serbiya və Ermənistanın nümayəndələri iştirak ediblər.
Videokonfransı Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Baş katibi Asəf Hacıyev açaraq nümayəndə heyətlərini salamlayıb.
Sonra gündəlik qəbul olunub, QDİƏT PM Mədəniyyət, təhsil və sosial məsələlər Komitəsinin bu ilin iyulunda keçirilmiş 54-cü iclasının protokolu təsdiqlənib.
“Pandemiya ilə mübarizədə parlamentlərin rolu: sosial aspektlər” mövzusuna həsr olunmuş 55-ci iclasda hesabat məruzəsini Azərbaycan nümayəndə heyətinin üzvü Musa Quliyev təqdim edib. Bildirib ki, hazırkı məruzə Azərbaycan, Bolqarıstan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya, Serbiya, Türkiyə və Ukrayna milli nümayəndə heyətlərinin təqdim etdikləri informasiyalar əsasında hazırlanıb.
Məruzəçi vurğulayıb ki, Azərbaycan dünya miqyasında koronavirusla mübarizəyə böyük dəstək verib, pandemiya başlanandan etibarən Ümumdünya Səhiyyə Təşkilatı ilə yaxından əməkdaşlıq edib.
Məruzə ətrafında çıxışlarda öncə Mədəniyyət, təhsil və sosial məsələlər Komitəsinin sədri Metin Gündoğdu 2020-ci ildə dünyanı cənginə alan COVİD-19-la bağlı yaranmış vəziyyətdən söz açıb. Türkiyədə koronavirusla mübarizə çərçivəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.
Gürcüstan nümayəndə heyətinin üzvü Zaza Qabuniya ölkəsində bu istiqamətdə görülmüş işlərdən söz açıb.
Daha sonra Ermənistan nümayəndə heyətinin üzvü Anuş Beqloyanın mövzudan yan keçərək Dağlıq Qarabağ problemi və cəbhə xəttindəki vəziyyətlə bağlı reallıqdan uzaq, qeyri-obyektiv fikirlərinə Azərbaycan nümayəndə heyətinin üzvləri dərhal cavab veriblər.
Tədbirdə Bolqarıstanın nümayəndəsi Petar Kınevin çıxışından sonra məruzə ətrafında diskussiyalar yekunlaşıb. İclasda “Pandemiya ilə mübarizədə parlamentlərin rolu: sosial aspektlər” mövzusunda hesabatın layihəsi təsdiqlənib və sənədin Baş Assambleyada təqdim olunması üçün müəllif Musa Quliyev məruzəçi təyin olunub. Komitə üzvləri yekdil səslə tövsiyə layihəsini də təsdiqləyiblər.
Videokonfransda QDİƏT Parlament Məclisinin Baş katibi Asəf Hacıyev iqlim dəyişiklikləri ilə əlaqədar qurumun təkliflərini diqqətə çatdırıb.
İclasda QDİƏT-in nümayəndəsi Sergey Qonçarenko Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının fəaliyyəti haqqında danışıb, 2021-ci ilə dair iş planı barədə məlumat verib.
Həmin gün Qara Dəniz İqtisadi Əməkdaşlığı Parlament Məclisinin İqtisadi, ticarət, texnologiya və ekologiya məsələləri komitəsinin də 55-ci iclası keçirilib. Onlayn toplantıda qurumdakı Azərbaycan nümayəndə heyətinin üzvləri, deputatlar - Eldar İbrahimov və Elşad Mirbəşiroğlu iştirak ediblər.
Gündəliyin qəbulundan sonra komitənin 7 iyul 2020-ci il tarixində videokonfrans formatında keçirilmiş 54-cü iclasının protokolu təsdiq edilib.
Mövzu ilə bağlı hesabat məruzəsini qurumun Rumıniyadan olan nümayəndəsi Katalin Zamfira təqdim edib. Qeyd olunub ki, məruzə nümayəndə heyətlərinin təqdim etdikləri hesabatlar əsasında hazırlanıb. Katalin Zamfira koronavirusla mübarizədə QDİƏT ölkələri arasında möhkəm əməkdaşlıq və intensiv dost yardımlarının mövcudluğundan məmnun olduğunu bildirib. Bildirilib ki, virusun yayılmağa başladığı andan etibarən bütün ölkələr Ümumdünya Səhiyyə Təşkilatı ilə yaxından əməkdaşlıq edib, vaxtaşırı bir-birlərinə kömək əli uzadıblar. Məruzəçi pandemiyanın quruma üzv ölkələrin iqtisadiyyatına, xüsusən turizm sektoruna vurduğu zərərlərdən geniş söhbət açıb.
Məruzə ətrafında çıxış edən qurumdakı Türkiyə nümayəndə heyətinin rəhbəri, TBMM üzvü Camal Öztürk qardaş ölkədə pandemiya ilə mübarizə sahəsində həyata keçirilən tədbirlər barədə danışıb. Sonra Bolqarıstan nümayəndəsi Krasimir Velçev öz ölkəsində pandemiya ilə mübarizə istiqamətində görülən işlər haqqında məlumat verib.
Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu onlayn konfransda çıxış edərək Ermənistan nümayəndə heyətinin üzvü Vahe Enfiajyanın Dağlıq Qarabağ problemi və cəbhə xəttində vəziyyətlə əlaqədar qərəzli fikirlərinə cavab verib. Deputat son günlərdə Azərbaycanın cəbhəboyu ərazilərdən tam kənarda yerləşən Gəncə, Şəmkir, Beyləqan, Ağcabədi, Mingəçevir kimi şəhər və rayonlarının erməni silahlı qüvvələrinin ağır artilleriya, top və raket qurğularından durmadan atəşə tutulduğunu, həlak olan və yaralanan xeyli sayda mülki əhali arasında azyaşlıların, qadın və qocaların olduunu, hətta ölənlər arasında iki məktəblinin olduğu faktlarını diqqətə çatdırıb.
Sonra mövzu ətrafında müzakirələr davam etdirilib. “Pandemiya ilə mübarizədə parlamentlərin rolu: iqtisadi aspektlər“ mövzusunda hesabat layihəsi təsdiqlənib və sənədin Baş Assambleyada təqdim olunması üçün Katalin Zamfira məruzəçi təyin olunub.
Videokonfransın sonunda təşkilati məsələlərə baxılıb.