azadses.az » Siyasət » Tofiq Yaqublunun həbsi doğru qərardımı? – DEPUTATLARIN MÜNASİBƏTİ

Tofiq Yaqublunun həbsi doğru qərardımı? – DEPUTATLARIN MÜNASİBƏTİ

Müsavat Partiyasının üzvü, Qarabağ qazisi Tofiq Yaqublu məhkəmin ona verdiyi 4 il 3 ay həbs qərarına etiraz olaraq 14 gündür ölüm aksiyası keçirir.
Tofiq Yaqubluya verilən həbs cəzası cəmiyyətdə birmənalı qarşılanmayıb.
''Azad Səs'' Hokm.az-a istinadən xəbər verir ki, anews.az Qarabağ qazisinin həbsi ilə bağlı deputatların fikirlərini alıb.

Millət vəkili Zahid Orucun sözlərinə görə, Tofiq Yaqublunun azadlığa çıxması ilə bağlı lazım olan müraciətləri ediblər.
” İlk öncə onu  bildirim ki, Tofiq Yaqublu zamanında parlamentdə millət vəkillərindən birinin köməkçisi olduğuna görə həmin məkanda müxtəlif formatlı tədbirlərdə qeyri rəsmi həyatda tanış olmuşuq. Müxtəlif məsələlər ətrafında müzakirələrimiz olub.
Bu gün onun ətrafında qurulan bir sıra hallarda onun ziyanına hadisələri inkişaf etdirməkdə maraqlı olan  şəxslər var. Tofiq Yaublu sakit təbiətli bir adamdır və onun hər hansı bir təhlükəsi də mövcud deyil.
Sözü gedən hadisə ilə bağlı məhkəmə verdiyi qərarı təşvişinə varmadan biz onu deməliyik ki, ötən illər ərzində Azərbaycan dövlətinin rəhbəri cəza siyasətinin humanistləşdrilməsi xəttini bir neçə istiqamətdə aparıb. Əff və amnistiya qərarları verilib. Burada Mehriban Əliyevanın xüsusi rolu olub.
Mən insan haqqları komitəsinin sədri kimi bu yaxınlarda 3-cu sektor təmsilçiləri ilə görüşmüşəm və orada bir çox məsələlər irəli sürüldü. O cümlədən Tofiq Yaqublu ilı bağlı onun əff edilməsi üçün 15-dən artıq təşkilatın rəhbərinə müraciətlər edilib. Xüsusilə Novella Cəfəroğlu tərəfindən bu məsələni sonrakı günlər də informasiya vasitələrində ictimailəşdirildiyini gördük. Lakin bizdən istənilən o idi ki, dövlətin yüksək rəsmilərinə çatdırılmasına yardımçı olaq. Elə də etdik”, – deyə Zahir Oruc bildirib.

Deputat Elman Nəsirovun fikrincə, Tofiq Yaqublu ilk öncə aclıq aksiyasını dayandırmaldır. Çünki bu onun həyatı üçün risklər yarada bilər.
Nəsirov məhkəmə qərarına isə cavab olaraq bildirib ki, Azərbaycan hüquqi dövlətdir və qanun alidir.
“Məlum hadisəyə görə ona məhkəmə qərarı ilə  4 il 3 ay cəza verilib.  Amma narazılıq olan halda bunun üçün apellasiya şikayətinə müraciət etmək hüquqi var. Hesab edirəm ki, apellasiya məhkəməsi vəziyyəti, aclıq aksiyasını və ictimai rəyi müəyyən mənada nəzərə alıb onun həbsinə yenidən baxa bilər”.

Deputat Asim Mollazadə isə hesab edir ki, bu istiqamətdə məhkəmə ciddi araşdırmalar aparmalıdır.
“Əslində bu vəziyyətdən çox narahatam. İstərdim ki, haqq, ədalət, hüquq normalarına düzgün riayət olunsun və Tofiq Yaqublu azadlığa çıxsın”.

Deputat Hikmət Babaoğlu anews.az-a məsələ ilə bağlı açıqlamasında bildirdi ki, məhkəmə vətəndaşlara humansit yanaşa bilər.
“Azərbaycanda hüquqi dövlət var və konstitusiyaya görə hakimiyyətin 3 qolu müəyyənləşib. Biri də məhkəmə hakimiyyətidir. Mən məhkəmə hakimiyyətinin ədalətinə şübhə etmədən fikirləşirəm ki, Azərbaycanda cinayət işinin strukturunun humanistləşməsidirməsi siyasəti həyata keçirilir və bu konteksdə müəyyən güzəştləri olan ayrı-ayrı vətəndaşlara hüquq  humanist davrana bilir və davranmalıdır. Ona görə də düşünürəm ki, ayrı ayrı adamlara tətbiq olunan bu qayda çox ciddi şəkildə qanun pozmayan vətəndaşlara,  o cümlədən Tofiq Yaqubluya şamil oluna bilər”, – deyə millət vəkili  əlavə etdi.

Deputat Aydın Mirzazadənin sözlərinə görə isə bu məsələlər ancaq qanun müstəvisində müzakirə olunub həll olunmaldır.
“Məhkəmə qərarını müzakirə etmək doğru olmazdı. Məhkəmə qərarını ancaq yuxarı instansiya məhkəməsi ləğv edə bilər. Hüquqi dövlətdə yaşayırıq və bütün məsələlər ancaq hüquq müstəvisində həll ounlmalıdır. Tofiq Yaqublu və digərlərinin hansısa məhkəmə qərarından narazılıq halı varsa apellasiya şikayəti verməklə həll etmək olar”.

Deputat Fazil Mustafa da hesab edir ki, məhkəmə qərar veribsə bunu müzakirə etmək doğru deyil.
Məhkəmə qərarı dövlət adından çıxarılır və hər hansı bir yalnış qərardırsa sonradan məhkəmənin özünün nüfuzuna təsir göstərir. Bütövlükdə qərar qəbul olunubsa yəqin ki, məhkəmə araşdırması bütün məsələləri incələyib öz qərarını verib. Onun əfi ilə bağlı qərar aktualdır və bunu da həll etmək lazımdır”.

Millət vəkili Azay Quliyevin məsələyə münasibəti isə belə oldu:
“İstəməzdim ki, Tofiq Yaqublu öz sağlamlığına zərər vuran addımlar atsın. Bu məsələ ilə bağlı hüquqi prosesdurlar gedir. Burada əsas məhkəmənin qərarı ilə məsələ həll olunmalıdır.  Təssüf ki,  Tofiq Yaqublunun başına bir iş gəlməsində maraqlı olanlar da var. Əminəm ki, məhkəmə orqanları vəziyyəti nəzərə alaraq ədaləti qərar verəcəkl Əff məsələsinə gəldikdə isə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduquğu təqdirdə hər hansı bir məhbusun işinə baxıla bilər”.

Tofiq Yaqubluya avtomobil qəzası zamanı digər maşının sürücüsü və yanında olan həyat yoldaşını təhqir etməsi, sürücüyə vintaçanla xəsarət yetirməsi ilə bağlı  ittihamı üzrə  4 il 3 ay həbs cəzası verilib.
Hazırda o, “City Hospital”da reanimasiya şöbəsində həkim nəzarəti altında saxlanılır
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Qaradağda qəza törədən sürücü ağır xəsarət alıb
  2. Binədə yolu keçən qadını avtomobil vurub
  3. Ağstafada sürücü qardaşını vuraraq öldürüb - YENİLƏNİB
  4. Xaçmazda 7 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb
  5. Şəmkirdə bıçaqlanma zamanı ölən və xəsarət alanların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB
  6. Samuxda avtomobil ağaca çırpılıb, 3 nəfər xəsarət alıb
  7. Qəzada ölən vəzifəli şəxsin ailəsi 1 milyon manata yaxın təzminat tələb edir
  8. Günəşdə ən yüksək dərəcəli partlayış baş verdi
  9. Salyanda elektrik enerjisinin verilişi bərpa olunub - YENİLƏNİB
  10. Pirallahıda 44 yaşlı kişini avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı (PMS) üzrə imtahanın I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Azərbaycan səfiri Meksikanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Milli Politexnik İnstitutunun Ali Kommersiya və Ətraflı
Bütün xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?