azadses.az » Siyasət » Azərbaycan-Gürcüstan münasibətləri dostluq və strateji tərəfdaşlıq nümunəsidir – RƏY

Azərbaycan-Gürcüstan münasibətləri dostluq və strateji tərəfdaşlıq nümunəsidir – RƏY

Azərbaycan və Gürcüstan arasında mövcud olan qardaşlıq və dostluq münasibətlərinin davamlı inkişafı sevindirici və önəmli hadisədir.

Bu fikirləri “Report”un Gürcüstan bürosuna siyasi şərhçi Gia Abaşidze deyib.

Şərhçinin sözlərinə görə, bu münasibətlər təkcə strateji tərəfdaşlıqla məhdudlaşmır: "Həm də çox güclü və sarsılmaz dostluğa əsaslanır. Əməkdaşlıq daim müxtəlif sahələrdə genişlənir və dərinləşir. Bu, olduqca rəmzi və eyni zamanda praktiki baxımdan mühüm əhəmiyyət daşıyır".

O bildirib ki, yeni formalaşmış Gürcüstan hökumətinin ilk xarici səfərinin Azərbaycana edilməsi bu dostluğun və tərəfdaşlığın gücünü bir daha təsdiqləyir: “Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin parlament seçkilərindən və yeni hökumətin təsdiqindən sonra ilk xarici səfərini Bakıya etməsi təsadüfi deyil. Bundan öncə isə Gürcüstanın xarici işlər naziri Bakıya səfər etmişdi. Bu ardıcıl səfərlər göstərir ki, Azərbaycan və Gürcüstan Cənubi Qafqazda və daha geniş regionda sülh və sabitliyin qorunmasında mühüm rol oynayır. Bu gün Azərbaycan və Gürcüstan dünya siyasətində yeni, güclü oyunçulara çevrilir. Nə Şərq, nə də Qərb öz inkişafını eyni səviyyədə davam etdirə bilər. Əsas odur ki, regionumuzda sülh və sabitlik daim qorunsun. Bu istiqamətdə iki suveren və azad dövlət – Azərbaycan və Gürcüstan bütün sahələrdə, təkcə iqtisadi deyil, siyasi, mədəni və təhlükəsizlik sahələrində əməkdaşlığı genişləndirəcək. Məqsədimiz bölgədə əbədi sülh və rifahın təmin olunmasıdır”.

Ekspert söyləyib ki, Azərbaycan – Gürcüstan münasibətlərinin əsasını ulu öndər Heydər Əliyev və Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadze qoyublar: “Bu iki böyük dövlət xadiminin yaratdığı möhkəm təməl üzərində qurulan əlaqələr bu gün də uğurla inkişaf edir və gələcəkdə daha da güclənəcək. Bu münasibətlərin daha da dərinləşməsi və əməkdaşlığın genişlənməsi Gürcüstanda olduğu kimi, Azərbaycanda da məmnuniyyətlə qarşılanır. Bu dostluq və tərəfdaşlıq regionun gələcəyi üçün möhkəm əsas yaradır və hər iki xalqın rifahına xidmət edir. Azərbaycan və Gürcüstanın birgə səyləri, sülh və sabitliyin qorunması istiqamətində atılan addımlar regionun inkişafına və çiçəklənməsinə mühüm töhfə verir. Bu əməkdaşlıq modeli digər region ölkələri üçün də nümunə ola bilər”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Ötən gün ölkədə 41 kiloqramdan artıq narkotik aşkarlanıb
  2. Saatlıda narkotik vasitələrin satışı ilə məşğul olmaqda təqsirləndirilən iki nəfər həbs edilib
  3. Qaradağda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub
  4. Qubada küçə itləri 3 nəfərə xəsarət yetirib
  5. Türkiyədə sobanı qızdırmağa çalışan işçi bədbəxt hadisə ilə üzləşib
  6. Tibetdə güclü zəlzələ olub
  7. Azərbaycan – İran sərhədində növbəti dəfə zəlzələ olub
  8. Naxçıvan DYP dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
  9. Xəzər dənizində zəlzələ qeydə alınıb
  10. Ağstafada kişi dəm qazından boğularaq ölüb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Şou biznes
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar