TDT rəhbəri: COP29-un Bakıda keçirilməsi region dövlətləri üçün olduqca önəmlidir
- 26-09-2024, 13:00
- Siyasət
COP29-un Azərbaycanda keçirilməsi regionda olan bütün dövlətlər üçün olduqca əhəmiyyətlidir.
Bunu “Report”un ABŞ bürosuna açıqlamasında Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi səfir Kubanıçbek Ömüralıyev söyləyib.
BMT Baş Assambleyasının 79-cu sessiyasında Yüksək Səviyyəli Həftəsi çərçivəsində Nyu-Yorkda keçirilən Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası barədə danışıb: “Qardaş Azərbaycan regionda ilk dəfə olaraq COP-a ev sahibliyi edən ölkə statusunu aldı. Azərbaycan dünya miqyasında vacib olan bu toplantıda həm də türk dünyasını təmsil edəcək. Bu, türk dünyasındakı iqlim problemlərini gündəmə gətirmək baxımından olduqca vacib görüş olacaq. Biz həmişə deyirik ki, biz birlikdə güclüyük. Bütün türk dünyası Azərbaycanın COP-a ev sahibliyində bütün gücümüzü səfərbər edib. Türk Dövlətləri Təşkilatında (TDT) Azərbaycanın COP-a hazırlığı ilə bağlı tədbirlər keçirilir. Bu gün BMT Baş Assambleyasının 79-cu sessiyasında Yüksək Səviyyəli Həftəsi çərçivəsində qurumumuzun təşkilatçılığı ilə qardaş ölkələrin XİN rəhbərlərinin görüşü oldu. Görüşdə qardaş ölkələrlə iqlim məsələlərini müzakirə etmək şansımız oldu. Bu kimi görüşlər COP hazırıqları ərzində davam edəcək”.
Diplomat Azərbaycanın uğurlu bir COP-a ev sahibliyi edəcəyindən əminliyini dilə gətirib: “Azərbaycam daha əvvəllər də bir çox dünya miqyasılı beynəlxalq tədbirlərə ev sahibliyi edib və artıq bunu ənənəyə çevirib desək, yalan olmaz. Azərbaycan höküməti artıq beynəlxaq ictimayyətin etimadını doğruldub və düşünürəm ki, bu dəfə də olduqca uğurlu konfransa ev sahibliyi edəcək”.