Ötən il 9 vəkilin fəaliyyəti dayandırılıb, 20 nəfərə töhmət verilib
- 17-01-2024, 09:40
- Siyasət
Vəkillər Kollegiyasına daxil olmuş şikayətlər əsasında 20 vəkilə töhmət verilib, 9 nəfərinin isə fəaliyyəti dayandırılıb.
Bu barədə “Report”a Vəkillər Kollegiyasından (ARVK) məlumat verilib.
Bildirilib ki, Vəkillər Kollegiyasına dövlət orqanlarından 47, qeyri-dövlət təşkilatlarından 43, vətəndaşlardan 128 şikayət və müraciət daxil olub. 2022-2023-cü illərdə 284 intizam icraatı həyata keçirilib, 117 pozuntu müəyyən olunub, 37 icaatda pozuntu müəyyən olunmayıb, 53-nə qiymət verilməsi mümkün olmayıb. 46 şikayət üzrə intizam icraatına xitam verilib.
Həmin vəkillər barədə şikayət geri götürüldüyünə və sair əsaslarla 33 intizam tənbehi tətbiq edilmədən xəbərdarlıq edilib. 21-nə irad, 20-vəkilə töhmət verilib. Pozuntu müəyyən olunmadığına və şikayət geri götürüldüyünə görə 80 vəkilin intizam icraatına xitam verilib, 46 şikayət üzrə qiymət vermək mümkün olmayıb. Həmçinin, 9 vəkilin fəaliyyəti dayandırılıb, 8 vəkil isə üzvlükdən xaric olunma ilə əlaqədar məhkəməyə müraciət edib.