Prezident seçkiləri ilə bağlı ekspert komissiyaları yaradılır
- 8-01-2024, 17:54
- Siyasət
Azərbaycanda fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkiləri ilə əlaqədar ekspert komissiyaları yaradılır.
"Report"un məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Arifə Muxtarova seçki mübahisələrinin məhkəmə qaydasında həlli mövzusunda müşavirədə məlumat verib.
"Növbədənkənar Prezident seçkiləri ilə bağlı MSK-nın nəzdində vətəndaşların seçki hüququnu pozan qərar, hərəkətsizlikdən, hərəkətlərdən 9 nəfərdən, dairə seçki komissiyaları tərkibində isə 3 nəfərdən ibarət ekspert komissiyaları yaradılır", - o deyib.
A.Muxtarova bildirib ki, daxil ola şikayətlərdə qanunsuz hərəkətin məzmunu əks etdirilməlidir: "Hərəkətsizlik hər hansı seçki subyektinin qanunla üzərinə düşən vəzifəni icra etməməklə özünü ifadə edir. Belə olduğu halda bu barədə məlumat təqdim edilmiş şikayətdə öz əksini tapmalıdır".