azadses.az » Siyasət » Can verən Ermənistan iqtisadiyyatı - ŞƏRH

Can verən Ermənistan iqtisadiyyatı - ŞƏRH

Uzun müddətdir Ermənistan iqtisadiyyatında inkişaf əvəzinə geriləmə tendensiyası müşahidə olunur. Bunun isə məntiqli olaraq bir neçə səbəbi var. Bu illər ərzində Ermənistan diasporun göndərdiyi “sədəqə” və ianələr hesabına ayaqda durmağa çalışsa da, ölkənin xarici borcu hər il artmaqda davam edir. Artıq Ermənistanın xarici dövlət borcu illik dövlət büdcəsindən bir neçə dəfə artıq həddə gəlib çatıb. Əgər tendensiyalar bu səpgidə davam etsə, yaxın gələcəkdə Ermənistan dövləti xarici borc bataqlığında boğulmağa məhkum olacaq. İşğalçı siyasəti Ermənistanı regiondakı beynəlxalq layihələrdən kənarda qoyub. Eyni zamanda ölkə ərazisində elə də ciddi resurslar yoxdur, müttəfiqi olduğu dövlətlər isə Ermənistana ciddi investisiya yatırmayıblar. Dövlət borc girdabından o səviyyəyə çatıb ki, Ermənistanın dəmir yolları Rusiyanın nəzarətindədir və söz haqqı o ölkədir. Erməni valyutası dram isə getdikcə daha da ucuzlaşır. Bütün bunlar Ermənistanın iqtisadi tənəzzülə sürətlə daxil olmasından xəbər verir. İnflyasiya həddi, diasporun, xüsusən də Rusiyadakı erməni icmasının ölkəyə investisiya qoymaqdan imtina etməsi vəziyyəti daha da mürəkkəbləşdirir. Sirr deyil ki, Ermənistanın baş naziri Nikol Paşinyanın xaricdə fəaliyyət göstərən erməni diasporu ilə münasibətləri korlayıb və diaspor başbilənləri də bu səbəbdən artıq investisiya və sərmayə məsələsində xəsislik edirlər.

Bu yaxınlarda isə Ermənistan maliyyə naziri Vahe Ovannisyan 2024-cü ildə müdafiə xərclərinin 7.3% artırılacağını qeyd edib. Qısası, 2024-cü ildə Ermənistan müdafiə üçün 555 milyard dram, yəni 1.5 milyard dollar ayıracaq. Bu isə 2023-cü ilin rəqəmləri ilə müqayisədə 97.4 milyon dollar çox vəsait deməkdir. Əgər Vahe Ovannisyanın dediyi rəqəmlər düzgün olsa, bu, Ermənistanın xarici borcunun artımı deməkdir.

Bundan əlavə, Ermənistan iqtisadiyyatının cari ili sürünə-sürünə yola verməsi ümumi daxili məhsula da təsirsiz ötüşməyəcək. Əgər cari ilin birinci rübündə ÜDM-nin artımı 11.2 faiz idisə, ilin sonuna qədər bu rəqəm 7.2% təşkil edəcək. Bununla yanaşı, büdcə kəsiri nə az nə çox, 883 milyon dollar təşkil edəcək.

Hələ bunlar da azmış kimi, son dövrlər Rusiya ilə münasibətlərin getdikcə kəskinləşməsi Ermənistan iqtisadiyyatına ciddi şəkildə mənfi təsir göstərir. Hələ cari ilin mart ayından Rusiyaya erməni konyakının ixracında ciddi problemlər yaranmışdı. Səbəb kimi, Rusiya gömrük xidmətinin erməni məhsulunda pozuntular aşkar etməsidir. Mart-aprel aylarında başlayan bu ciddi nəzarət sentyabrın 25-dən daha da sürətlənib. Rusiya gömrük nəzarətçiləri konyak daşıyan yük maşınlarını gömrükdə saxlayır, hər birindən nümunə götürürlər. Ekspertizanın nəticələrinin isə 28-60 gün ərzində cavab deyəcəyi bildirilir.

Qeyd etmək yerinə düşər ki, Ermənistanda 40-dan çox konyak istehsalçısı var və onun 95 faizi Rusiya bazarına ixrac edilir. Qısası, Rusiyaya “kəllə atmaq”la Ermənistan konyak bazarının ən böyük ixrac bazarını itirmiş sayıla bilər. Rusiyadan savayı Ermənistanın iqtisadi tərəfdaşı olacaq və konyak ixrac edə biləcəyi ölkə demək olar ki, yoxdur. Ermənistanın son illər iqtisadi əlaqələr qurduğu ölkələr arasında İran və BƏƏ var və bu iki dövlətə də erməni konyakının ixracı mümkünsüzdür. Digər tərəfdaş Fransa isə özü dünyaya konyak ixrac etdiyi üçün belə bir ticari müqavilə də mümkünsüz görünür. Deyəsən, Ermənistan erməniləri istehsal etdikləri konyakı özləri içmək məcburiyyətində qalacaqlar.

Bununla yanaşı, son günlər Ermənistanın Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxması barədə söhbətlər də rəsmi İrəvanın siyasi kulislərində dolaşır. Bu isə, Ermənistan iqtisadiyyatının konkret çökməsi ilə nəticələnə biləcək bir addımdır. Onsuz da son 10 il Ermənistan iqtisadiyyatı mövcudluğunu Aİİ-yə borcludur. Regionun əsas dövlətləri ilə münasibətlərini korlayan Ermənistan işğalçılıq siyasətinə görə regionda həyata keçirilən bütün beynəlxalq layihələrdən uzaq qalıb. Bununla yanaşı, qondarma soyqırımı siyasətinə görə Türkiyə ilə də normal iqtisadi münasibətlər qura bilmir. Bu səbəbdən də son 10 il ərzində Aİİ Ermənistan iqtisadiyyatına süni də olsa, nəfəs verə bilmişdi. Müxtəlif ekspert dairələri isə Ermənistanın Aİİ-dən çıxmasını intihar kimi dəyərləndirirlər. Bu, təkcə iqtisadi yox, siyasi sahədə də intihar deməkdir. Aİİ əslində Ermənistan iqtisadiyyatının son şansıdır. Şəxsi ambisiyaları və Qərbdəki ağalarının direktivlərini icra edən baş nazir Nikol Paşinyan bu gedişlə Ermənistan vətəndaşlarını ac qoyacaq. Təsadüfi deyil ki, Ermənistanın Aİİ-dən çıxması barədə söhbətlər məhz Paşinyanın Qranada səfərindən sonra ortaya atılıb. Heç bir ciddi resursu olmayan Ermənistanın Aİİ-dən çıxma planı görünür Qərbin rəsmi İrəvanla Rusiya arasında bütün körpüləri yandırmaq planının tərkib hissəsidir.

Rusiya-Ermənistan münasibətlərindəki neqativ tendensiya son günlər daha aktiv fazaya qədəm qoyub. Artıq Ermənistanın siyasi kulislərində hətta rus qazından imtina etmək kimi fikir də səsləndirilib. KTMT və Aİİ-dən çıxmaqla yanaşı, Rusiya qazından imtina isə konkret olaraq Moskva boyunduruğundan çıxaraq Qərbin xaltasını boynuna taxmaq sayılır. Paşinyanın “Mülki müqavilə” fraksiyasının üzvü Qaqik Melkonyan jurnalistlərə bununla bağlı bildirib ki, Ermənistan yüz yerdən təbii qaz ala bilər.

Hadisələrin inkişafını isə zaman göstərəcək. Sirr deyil ki, Ermənistan uzun illərdir Rusiyadan ucuz qiymətə və nisyə qaz alır. Əgər Rusiya krantı bağlasa, yaxınlaşan qış aylarında Ermənistandakı vəziyyəti təsəvvür etmək çətin olmayacaq.

Son olaraq, Ermənistanın İran və Hindistanla birgə uzun müddətdir ortaya atdığı və hələ beşikdəcə ölü doğulan “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi də erməni siyasətçiləri tərəfindən nəqliyyat blokadasından çıxmaq üçün yeganə şans sayılır. Amma bir neçə ildir üzərində danışılan bu “dəhliz”ə nə İran, nə Ermənistan, nə də Hindistan pul qoymaq niyyətində deyil. Çünki Hindistan və İran da gözəl anlayır ki, bu layihə səmərəli deyil. Bunun əsas iki səbəbi var: Birincisi, yolun keçəcəyi ərazilər oktyabr ayından may ayına qədər maşınlar üçün əlverişsiz sayılır. Ərazinin dağlıq və müntəzəm olaraq qarlı olması kifayət qədər risklidir və bu tip ərazidə yol çəkmək daha baha başa gəlir. İkincisi, tərəflər anlayırlar ki, Rusiya istənilən anda yüklərin keçməsini ləngidə bilər və Gürcüstandan keçəcək bu yol Türkiyə ərazisinə gəlib çatmalıdır. Türkiyənin isə belə bir layihəyə isti münasibət göstərəcəyi istisna edilir.

Qısası, hazırda Ermənistan iqtisadiyyatı can vermək üzrədir. Yuxarıda sadalanan faktorlar problemin günü-gündən ciddiləşməsindən xəbər verir. Mövcud vəziyyətdə Ermənistanın yeganə çıxış yolu Azərbaycanla münasibətləri normallaşdırmaq, destruktiv və sərsəm bəyanatlar səsləndirməkdən vaz keçmək, Fransanın ətəyinə sığınmamaq və sülh müqaviləsi imzalayaraq regiondakı kommunikasiyanın blokdan çıxmasını təmin etməkdir. Yolların blokdan çıxması isə heç bir yerə çıxışı olmayan Ermənistan iqtisadiyyatı üçün əlavə gəlir yerlərinin yaranmasına, yeni iş yerlərinin açılmasına səbəb ola bilər. İşsizlik səbəbindən ölkənin getdikcə boşalması və insanların iş tapmaq üçün başda Rusiya olmaqla müxtəlif ölkələrə axının qarşısını almaq istəyən Ermənistan üçün bu, ideal sayıla bilər. Eyni zamanda Türkiyə tərəfi də Marqara körpüsünün açılmasına razılıq verəcək. Körpünün açılması hər iki tərəf arasında iqtisadi əlaqələrin qurulması, türk sərmayədarları üçün yeni bazarın açılması deməkdir. Bu da öz növbəsində Ermənistan üçün yeni gəlir mənbəyi və yeni iş yerləri deməkdir. Göründüyü kimi, Ermənistanın yeganə çıxış yolu Azərbaycan və Türkiyə ilə əməkdaşlıqdan keçir.

Kamil Məmmədov
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Qaradağda qəza törədən sürücü ağır xəsarət alıb
  2. Binədə yolu keçən qadını avtomobil vurub
  3. Ağstafada sürücü qardaşını vuraraq öldürüb - YENİLƏNİB
  4. Xaçmazda 7 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb
  5. Şəmkirdə bıçaqlanma zamanı ölən və xəsarət alanların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB
  6. Samuxda avtomobil ağaca çırpılıb, 3 nəfər xəsarət alıb
  7. Qəzada ölən vəzifəli şəxsin ailəsi 1 milyon manata yaxın təzminat tələb edir
  8. Günəşdə ən yüksək dərəcəli partlayış baş verdi
  9. Salyanda elektrik enerjisinin verilişi bərpa olunub - YENİLƏNİB
  10. Pirallahıda 44 yaşlı kişini avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı (PMS) üzrə imtahanın I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Azərbaycan səfiri Meksikanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Milli Politexnik İnstitutunun Ali Kommersiya və Ətraflı
Bütün xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?