azadses.az » Siyasət » İcma: "BMT TŞ-nin iclası Ermənistan və onun havadarlarının siyasətlərinin iç üzünü göstərib"

İcma: "BMT TŞ-nin iclası Ermənistan və onun havadarlarının siyasətlərinin iç üzünü göstərib"

"BMT Təhlükəsizlik Şurasının sentyabrın 21-də keçirilmiş iclası Ermənistanın və onun bəzi havadarlarının beynəlxalq hüquqa zidd, ikiüzlü və Azərbaycanafob siyasətlərinin iç üzünü göstərib".

"Report"un xəbərinə görə, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı açıqlamada bildirilib.

Qeyd olunub ki, Azərbaycanın öz ərazisində apardığı antiterror tədbirləri ilə bağlı Ermənistanın və Fransanın BMT Təhlükəsizlik Şurasının iclasını çağırmaları onların beynəlxalq hüququn norma və prinsiplərinə, ilk növbədə isə dövlətlərin ərazi bütövlüyü, suverenliyi və daxili işlərinə qarışmama prinsiplərinə ziddir: "Ermənistanın baş nazirinin Azərbaycanın öz ərazisində apardığı tədbirlərə müdaxilə etməyəcəyini bəyan etməsi ilə məsələnin beynəlxalq təhlükəsizlik aspekti və bununla da BMT Təhlükəsizlik Şurasının bu mövzuda iclas keçirməsinin nəzəri əsasları belə aradan qalxmışdı. Ermənistanın baş nazirinin sözügedən antiterror tədbirlərinin Qarabağda yaşayan ermənilərin həyatı üçün təhlükə törətmədiyini və mülki əhali arasında kütləvi tələfat barədə iddiaların əsassız olduğunu bildirməsi fonunda bu ölkənin xarici işlər nazirinin BMT Təhlükəsizlik Şurasında Qarabağda mülkilərə qarşı guya təhdidlərin olmasını iddia etməsi bu dövlətin siyasətində səbatsızlığı və ikiüzlülüyü bir daha nümayiş etdirir. Almaniya, Fransa və Avropa İttifaqının iclasda və ondan əvvəl nümayiş etdirdikləri mövqe bu qüvvələrin bir tərəfdən regionda davamlı sülhün bərqərar olması perspektivinin yaxınlaşmasından narahat olduqlarını, digər tərəfdən isə onların Azərbaycana və azərbaycanlılara qarşı dini və etnik nifrət əsasında ayrı-seçkiliklərini göstərir".

"Biz Ermənistanın və onun havadarlarının insan hüquqları və beynəlxalq humanitar hüquq məsələsində nümayiş etdirdikləri riyakar və destruktiv yanaşmanı sərt şəkildə qınayırıq. Xatırlatmaq istərdik ki, hazırda Qarabağın erməni sakinlərinin dinc reinteqrasiyasına başlamış Azərbaycanı “etnik təmizləmə” niyyətində ittiham edənlər, Ermənistanın bir milyondan artıq azərbaycanlını öz yurdundan qovmasına, on minlərlə mülki azərbaycanlını qətliama məruz qoymasına, Azərbaycanın minə yaxın şəhər və kəndini dağıtmasına, Azərbaycan ərazilərini minalarla çirkləndirərək məcburi köçkünlərin qayıtmasını əngəlləməsinə rəhmsizcəsinə göz yumurlar. Bu gün Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmayıb. Tələm-tələsik leksikona “öz vətənində təhlükəsiz şəkildə və ləyaqətlə yaşamaq” ifadəsini gətirən Avropa İttifaqı, Almaniya və Fransa nədənsə Ermənistandan qovulmuş azərbaycanlıların öz vətənlərinə təhlükəsiz şəkildə və ləyaqətlə qayıtmağa dair hüququnu görməzdən gəlirlər. Bu qüvvələr öz ərazisindən qovduğu azərbaycanlıları evlərinə qayıtmasına imkan yaratmaqdan imtina edən və mina xəritələrini verməkdən boyun qaçırmaqla məcburi köçkünlərin işğaldan azad edilmiş Azərbaycan ərazilərinə qayıtmasını əngəlləyən Ermənistanı dəstəkləməklə, faktiki olaraq onun bu əməllərinə şərik olublar. Biz Avropa İttifaqından və bu təşkilatın siyasətinə yön verən əsas dövlətlər olan, tarixləri faşizm, Holokost, soyqırımı, müstəmləkəçilik, o cümlədən, Əlcəzairdə və Namibiyada tayfaların kütləvi şəkildə qırılması kimi utanc doğuran səhifələrlə dolu olan Almaniyandan və Fransadan Azərbaycana qarşı etnik və dini zəmində qərəzi dayandırmağı, Ermənistan və Azərbaycan arasında sülhə və iki xalq arasında barışığa maneə olmamağı tələb edirik. Biz Ermənistan hökumətini Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə təkcə sözdə deyil, əməldə də hörmət etməyə, başqa dairələrin əlində alət olmaq kimi zərərli vərdişindən əl çəkməyə, qovulmuş azərbaycanlıların Ermənistana qayıtmasına şərait yaratmağa və bununla davamlı sülh və rifah yolunu seçməyə çağırırıq", - açıqlamada vurğulanıb.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Qaradağda qəza törədən sürücü ağır xəsarət alıb
  2. Binədə yolu keçən qadını avtomobil vurub
  3. Ağstafada sürücü qardaşını vuraraq öldürüb - YENİLƏNİB
  4. Xaçmazda 7 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb
  5. Şəmkirdə bıçaqlanma zamanı ölən və xəsarət alanların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB
  6. Samuxda avtomobil ağaca çırpılıb, 3 nəfər xəsarət alıb
  7. Qəzada ölən vəzifəli şəxsin ailəsi 1 milyon manata yaxın təzminat tələb edir
  8. Günəşdə ən yüksək dərəcəli partlayış baş verdi
  9. Salyanda elektrik enerjisinin verilişi bərpa olunub - YENİLƏNİB
  10. Pirallahıda 44 yaşlı kişini avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı (PMS) üzrə imtahanın I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Azərbaycan səfiri Meksikanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Milli Politexnik İnstitutunun Ali Kommersiya və Ətraflı
Bütün xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?