Abdulkadir Emin Önen: "Türkiyə və Azərbaycan unikal və xüsusi bağlarla bir-birinə bağlıdır"
- 21-09-2023, 08:46
- Siyasət
"Türkiyə və Azərbaycan unikal və xüsusi bağlarla bir-birinə bağlıdır".
“Report”un xəbərinə görə, bunu Asiya Parlament Assambleyasının sədrinin təmsilçisi, Türkiyənin qurumdakı nümayəndə heyətinin rəhbəri Abdulkadir Emin Önen Milli Məclisdə keçirilən Asiya Parlament Assambleyası (APA) Sosial və mədəni məsələlər üzrə daimi komitəsinin iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hər iki qardaş xalq bir-birini hər zaman dəstəkləyir: "Qarabağın işğalı bizi üzdüyü kimi, həmin ərazilərin azad edilməsi də bizi olduqca sevindirir”.
Abdulkadir Emin Önen bildirib ki, Türkiyə Asiyada olan partnyorları ilə birgə işləməyə hazırdır: "Ölkəmiz bu qitədə yeni təşəbbüslər həyata keçirir. Belə ki, Türkiyə qlobal təşəbbüslər irəli sürərək beynəlxalq əməkdaşlıqları daha ədalətli şəkildə həyata keçirməkdə məqsədlidir. Asiyada sosial məsələlərdə əməkdaşlığı təşviq etməliyik. Türkiyə regiondan ən çox miqrant qəbul edən ölkədir. Lakin bu məsələdə birgə əməkdaşlığa ehtiyac var. Bu yolla da uzunmüddətli sabitlik təmin edilmiş olsun”.