azadses.az » Siyasət » Qərbi Azərbaycan İcması Tom Lantos Komissiyasının Azərbaycana qarşı ittihamlarını qınayıb

Qərbi Azərbaycan İcması Tom Lantos Komissiyasının Azərbaycana qarşı ittihamlarını qınayıb

Qərbi Azərbaycan İcması Tom Lantos Komissiyasını Azərbaycana qarşı gülünc ittihamlar səsləndirməməyə çağırıb.

"Report"un xəbərinə görə, bu barədə İcmanın açıqlamasında bildirilib.

Qeyd olunub ki, 2023-cü il sentyabrın 6-da ABŞ Konqresinin Tom Lantos İnsan Hüquqları Komissiyasında Azərbaycan əleyhinə dinləmələr təşkil olunmuş və hazırda bəzi Qərb ölkələrində tüğyan edən azərbaycanofobiya yarışında xüsusi canfəşanlıq göstərən Luis Okampo tərəfindən ölkəmizə qarşı bir sıra hədyanlar səsləndirilib.

Bu, bir daha Tom Lantos Komissiyasının riyakarlığını, insan hüquqları mövzusunu istismar edərək onu siyasiləşdirməsini və bir sıra dairələr tərəfindən Azərbaycana qarşı aparılan düşmənçilik kampaniyasında yer almasını göstərir.

İlk öncə Tom Lantos Komissiyasını başqa ölkələrin daxili işlərinə kobud müdaxilə etməməyə, diqqəti öz ölkələrinə verməyə, məsələn, köklü amerikalıların hüquqlarının qorunması, polisin həddindən artıq güc tətbiq etməsi, Luis Okampoya qoşularaq Azərbaycana qarşı gülünc ittihamlar səsləndirən Xuan Mendesi vaxtilə BMT-nin işgəncələrə qarşı xüsusi məruzəçisi olarkən onun çoxsaylı müraciətlərinə baxmayaraq, nəyə görə Quantanamo həbsxanasına buraxılmaması kimi məsələləri müzakirə etməyə çağırırıq.

Qərbi Azərbaycan İcması hesab edir ki, bu dinləmələr bölgədə gərginliyi qəsdən artıran Ermənistanı, revanşist qüvvələri daha da ruhlandırır. O Ermənistanı ki 30 il ərzində BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etməkdən boyun qaçırdıqdan və nəhayət, Azərbaycan tərəfindən döyüş meydanında məğlub edildikdən sonra indi Tom Lantos Komissiyasının 5-10 nəfərin iştirakı ilə təşkil etdiyi dinləmələrdən, amerikan rep ifaçısı Snop Doqun, işi-gücü ancaq Azərbaycan və Türkiyəyə qarşı çirkin kampaniya aparmaq olan rasist zehniyyatlı “müstəqil” jurnalist Lindsey Snell kimilərinin tvitlərindən mədət umur.

Tom Lantos Komissiyasını heç vaxt Ermənistan işğalının ağır fəsadları, etnik təmizləmə, Azərbaycan xalqının iztirabları, o cümlədən Ermənistandan deportasiya olunmuş azərbaycanlıların taleyi maraqlandırmamışdır. Əgər bu Komissiya qərəzsiz olsaydı və məsələlərə dini təəssübkeşlik prizmasından yanaşmasaydı, onda belə dinləmələri qərbi azərbaycanlıların Ermənistana öz dədə-baba yurdlarına qayıdışı ilə bağlı təşkil etməliydi.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Beyləqanda yol qəzasında 7 yaşlı uşaq ağır xəsarət alıb
  2. Bakıda avtomobil 61 yaşlı qadını vurub
  3. DYP-dən xəbərdarlıq: Kimlərəsə arxayın olanlar bilsinlər ki, qanun hamı üçündür
  4. Xətai rayonunda yaşayış binasında yanğın olub
  5. Bakıda baldız yeznəsini bıçaqlayıb
  6. Suraxanıda 35 yaşlı kişi evində döyülərək ağır xəsarət alıb
  7. 65 yaşlı kişini ilan sancdı
  8. Sumqayıtda mənzildə kişi meyiti tapılıb
  9. Bakıda iki avtomobil toqquşub, xəsarət alan var
  10. Bakıda 20 yaşlı qadın öldürülüb, qardaşı saxlanılıb - YENİLƏNİB
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi Ətraflı
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İyunun 22-də ingilis dili müəllimləri sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində iştirak edəcəklər. Bu barədə Ətraflı
Bütün xəbərlər
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Şou biznes
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”