Qərbi Azərbaycan İcması erməni siyasətçinin əsassız açıqlamaları ilə bağlı bəyanat yayıb
- 13-08-2023, 20:08
- Cəmiyyət
Qərbi Azərbaycan İcması Vətən müharibəsindən sonra bir ara Ermənistanın baş naziri olmaq niyyətinə düşən, 2021-ci ildə seçkilərdə cəmi 1 faiz səs toplamış, həmin il Avropa Şurası Parlament Assambleyasında Azərbaycana qarşı bir nəfərdən ibarət “möhtəşəm” aksiya təşkil etmiş, daha sonra Xarici İşlər Nazirliyinin səfiri təyin edilmiş Edmon Marukyanın Azərbaycanla bağlı davamlı xarakter alan və son vaxtlar “aclıq”, “etnik təmizləmə”, “soyqırımı” kimi ifadələrin yer aldığı gülünc açıqlamaları ilə əlaqədar bəyanat yayıb.
İcmadan "Report"a daxil olan bəyanatda bildirilib ki, 30 il ərzində işğal, etnik təmizləmə, yüz minlərlə azərbaycanlının dədə-baba yurdlarından qovulması, “məğlubedilməz erməni ordusu” ilə qürrələnən erməni siyasətçilərin, diplomatların Vətən müharibəsindən sonra “timsah göz yaşları” axıtması istehza doğurur.
“E.Marukyana xatırladırıq ki, məhz onun ölkəsi 30 il ərzində BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymayıb, hətta sanki “belə qətnamələr mövcud olmayıb” yanaşmasından çıxış edib. İndi Ermənistanın və E.Marukyanın Təhlükəsizlik Şurasının mərhəmətinə bel bağlaması riyakarlıqdan başqa bir şey deyildir.
Qərbi Azərbaycan İcması E.Marukyana xatırladır ki, o, başqa ölkənin suverenliyini, ərazi bütövlüyünü hədəf alan, danışıqlar prosesini dağıdan açıqlamalar verməməli, əksinə, öz ölkəsinə aid məsələlərlə məşğul olmalı və bu xüsusda, rəsmi İrəvanı qərbi azərbaycanlıların Ermənistana qayıdışı üçün İcma ilə dialoqa təşviq etməlidir”.