XİN: "Ermənistanın törətdiyi hərbi cinayətlərə görə cəzasız qalmağına son qoyulmalıdır" - YENİLƏNİB
- 28-08-2023, 20:19
- Siyasət
"Ermənistanın törətdiyi hərbi cinayətlərə görə cəzasız qalmağına son qoyulmalıdır".
"Report" xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə Ballıqaya qətliamının 31-ci ildönümü ilə əlaqədar "X" hesabında etdiyi paylaşımda yazıb.
"Biz qətliam qurbanlarını həmişə xatırlayırıq və heç vaxt unutmayacağıq", - o bildirib.
10:00
Azərbaycan Xarici İşlər Nazirliyi Ballıqaya qətliamının 31-ci ildönümü ilə əlaqədar paylaşım edib.
"Report"un xəbərinə görə, nazirliyin "X" hesabında edilən paylaşımda qeyd olunub ki, 31 il əvvəl avqustun 28-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Goranboy rayonunun Ballıqaya kəndində 6-sı azyaşlı olmaqla 24 mülki azərbaycanlı vəhşicəsinə qətlə yetirilib.
"Qətlə yetirilənlər arasında 6 aylıq körpə və 93 yaşlı qadın da var", - paylaşımda qeyd olunub.