Ekspert: “Ermənistan Aİ müşahidəçilərini təmas zonalarına göndərərək insidentlər törədir”
- 17-08-2023, 16:48
- Siyasət
“Ermənistan qəsdən Avropa İttifaqı müşahidəçilərini təmas zonalarına göndərir, insidentlər törədir və bunu Avropa missiyasına hücum kimi təqdim edə biləcəyinə ümid edir. Bunun məqsədinin dezinformasiya olduğu aydındır”.
Bunu “Report”a açıqlamasında irlandiyalı tarixçi və politoloq Patrik Uolş Ermənistan Müdafiə Nazirliyinin açıqlamalarına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Ermənistanın avqustun 15-də guya Azərbaycan Ordusunun bölmələrinin Ermənistan ərazisində patrul xidməti həyata keçirən Avropa İttifaqı (Aİ) müşahidəçilərinin avtomobilini atəşə tutması barədə bəyanatı dezinformasiyadır: “Həmin vaxt Aİ müşahidəçilərinin həyatına heç nəyin təhlükə yaratmadığı aydın idi. Lakin Ermənistan tərəfi bunun əksinin düşünülməsi üçün sözlər və ifadələr seçib. Məsələn, Ermənistan mediası müşahidəçilərin “gizlənməyə” məcbur olduğu barədə məlumat veriblər. Atəş səsi eşidən hər kəs, xüsusən də atəş səsi eşitdiyini düşünən mülki insanlar üçün gizlənmək təbii reaksiyadır”.
Politoloq qeyd edib ki, ermənilər tarix boyu real hadisələrlə bağlı yanlış təəssürat yaradaraq təhrif etmək məsələsində usta olublar: “Təbii ki, bütün bunlar ermənilərin Qarabağ məsələsini beynəlmiləlləşdirmək istəyi ilə həyata keçirdiyi kampaniyanın tərkib hissəsidir. Məqsəd avropalıların, rusiyalıların, iranlıların və s. timsalında hər hansı “xilaskar” taparaq Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyinə zərbə vurmaqdır”.