Ombudsman: "Daha həssas vəziyyətdə olan əhali qrupları daim diqqətimizdə saxlanılır"
- 6-07-2023, 11:20
- Siyasət
"1905, 1918-1920, 1948-1953-cü illərdə Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində yüz minlərlə azərbaycanlı doğma torpaqlarından didərgin salınıb, 1988-1993-cü illərdə isə Ermənistanın növbəti silahlı təcavüzü nəticəsində bir milyondan artıq soydaşlarımız 30 ilə yaxın müddət ərzində qaçqın və məcburi köçkün həyatı yaşayıb".
"Report" xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva "Vətəndaşsızlıq üzrə Yüksək Səviyyəli Konfrans"da deyib.
“Bu gün dünyada mövcud olan vəziyyət apatridlərin müdafiəsi sahəsində beynəlxalq təşkilatların öhdəliklərini genişləndirməklə yanaşı bizlərin də üzərinə mühüm vəzifələr qoymaqdadır. Ombudsmanın ünvanına daxil olmuş müraciətlər əsasında belə şəxslərin etibarlı sənədlərlə təmin edilməsi istiqamətində geniş tədbirlər həyata keçirilir. Daha həssas vəziyyətdə olan əhali qrupları daim diqqətimizdə saxlanılır. Belə ki, qadınların və uşaqların, xüsusilə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, miqrantların saxlanılması mərkəzlərinə yerləşdirilmiş şəxslər də daxil olmaqla xaricdə yaşayan azərbaycanlıların, şəxslərin öz iradələri ilə tərk edə bilmədikləri yerlərdə saxlanılanların və hərbi xidmətdə olan hərbi qulluqçuların statuslarının leqallaşdırılması məqsədi ilə təxirəsalınmaz tədbirlərimiz davam etdirilir", - Ombudsman vurğulayıb.
S.Əliyeva bildirib ki, həm paytaxt, həm də regionlarda əhali arasında mütəmadi olaraq maarifləndirmə işi aparılır. “Bu fəaliyyət Vətəndaşsızlıqla əlaqədar İşçi Qrupu çərçivəsində də geniş şəkildə davam etdirilir”.