Ombudsman haqqında Qanunun qəbul edilməsindən 20 il ötür
- 28-12-2021, 14:44
- Siyasət
Azərbaycanda “İnsan hüquqları üzrə müvəkkil (ombudsman) haqqında” Qanunun qəbul edilməsindən 20 il ötür.
“Azadsəs.az” xəbər verir ki, 28 dekabr 2001-ci ildə qəbul edilmiş Qanuna əsasən, Ombudsman vəzifəsi Konstitusiyada və beynəlxalq müqavilələrdə təsbit olunmuş dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxslər tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi və insan hüquqları pozuntularının qarşısının alınması məqsədilə təsis edilib.
Ötən dövr ərzində Qanunda bir sıra əlavə və dəyişikliklər edilməklə Ombudsman təsisatına müasir dövrün tələblərinə uyğun yeni səlahiyyətlər də verilib. Hazırda ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərinə uyğun olaraq Qanunun təkmilləşdirilməsi davam etdirilir.
Ombudsman Səbinə Əliyeva bildirib ki, Azərbaycan Ombudsmanı olaraq, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində qarşıya qoyulmuş vəzifələrin icrasına nail olmağa çalışmaqla xalqımıza xidmət etməkdən böyük qürür hissi keçirir və hər kəsi insan və vətəndaş hüquq və azadlıqlarının, vətəndaşlara layiqli həyat səviyyəsinin təmin edilməsi naminə birgə əməkdaşlığa çağırıram.