Azərbaycan Prezidenti İlham Əliyev Türkiyədə səfərdədir - FOTO/VİDEO
- 15-03-2023, 20:25
- Siyasət
![Azərbaycan Prezidenti İlham Əliyev Türkiyədə səfərdədir - FOTO/VİDEO](/uploads/posts/2023-03/16788963432090543534_1000x669.jpg)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə iştirak etmək üçün martın 15-də Türkiyəyə səfərə gedib.
AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Ankaranın Esenboğa hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi rəsmi şəxslər qarşıladılar.
![](/uploads/posts/2023-03/1678896343233876492_1000x669.jpg)
![](/uploads/posts/2023-03/1678896344254911035_1000x669.jpg)
![](/uploads/posts/2023-03/1678896343178216187_1000x669.jpg)
![](/uploads/posts/2023-03/16788963436011342679_1000x669.jpg)