Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gedib - FOTO
- 15-01-2023, 18:19
- Siyasət
![Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gedib - FOTO](/uploads/posts/2023-01/16737718632938744322_1000x669.jpg)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə yanvarın 15-də Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gedib.
AZƏRTAC xəbər verir ki, Əbu-Dabi Prezident Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi Birləşmiş Ərəb Əmirliklərinin ədliyyə naziri Abdulla bin Avad Əl-Nueymi və digər rəsmi şəxslər qarşılayıblar.
![](/uploads/posts/2023-01/16737718642043747287_1000x669.jpg)
![](/uploads/posts/2023-01/16737718644311230964_1000x669.jpg)
![](/uploads/posts/2023-01/16737718633457816639_1000x669.jpg)
![](/uploads/posts/2023-01/16737718634384765119_1000x669.jpg)
![](/uploads/posts/2023-01/16737718634048516712_1000x669.jpg)