Vasif Talıbovun general oğlu məzuniyyətə göndərildi
- 31-12-2022, 13:42
- Siyasət
![Vasif Talıbovun general oğlu məzuniyyətə göndərildi](/uploads/posts/2022-12/work1_00_00_1-1.jpg)
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun özü ilə yanaşı övladlarının da vəziyyəti ürəkaçan deyil.
Gununsesi.info-nun xəbərinə görə, Talıbovun Dövlət Miqrasiya Xidmətində baş idarə rəisi vəzifəsində çalışan oğlu Rza Talıbov məzuniyyətə göndərilib.
Bir neçə gün əvvəl məzuniyyətə göndərilən Rza Talıbovun geri qayıdıb-qayıtmaması isə dəqiq bilinmir.
Onun üç gün əvvəl Naxçıvana yola düşdüyü deyilir.