Vasif Talıbovun istefasına Xalq artistindən REAKSİYA - VİDEO
2021-ci ildə paylaşdığı “WhatsApp” statusuna görə işdən azad olunduğunu iddia edən Xalq artisti Həsən Ağasoy üzləşdiyi haqsızlıq barədə Baku TV-yə danışıb.
O bildirib ki, statusdan sonra mədəniyyət naziri ona öz ərizəsi ilə işdən çıxmalı olduğunu deyib.
“Əvvəl etiraz etsəm də, qohumlarımın təkidi ilə ərizə yazdım və 2021-ci ilin iyunundan işsiz qaldım”, - deyə o əlavə edib.
Xalq artisti qeyd edib ki, onun rol aldığı tamaşaların Naxçıvan televiziyasında yayımına da qadağa qoyulub.
“Bunun da tapşırığını Azər Zeynalov vermişdi. Naxçıvanda bəlkə də xalq üçün ən qorxulu, amansız adam odur”, - deyə aktyor bildirib.
H.Ağasoyun sözlərinə görə, DTX Naxçıvana gəldikdən sonra şikayəti əsasında işə bərpa olunub.
Ətraflı süjeti təqdim edirik: