Əli Əhmədov: “UNESCO-dan ədalətli yanaşmanı tələb etmək Azərbaycanın hüququdur”
- 8-12-2022, 11:50
- Siyasət
“Azərbaycanın mədəni sərvətlərinin qorunması ilə bağlı UNESCO tərəfindən tutduğu mövqe ürəkaçan səviyyədə deyil”.
“Report”un xəbərinə görə, bunu Baş nazirin müavini Əli Əhmədov UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, ICOMOS Azərbaycan Milli Komitəsi, ICOM Azərbaycan Milli Komitəsi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə “Mədəni sərvətlərin qorunmasında UNESCO Konvensiyalarının rolu və onların tətbiqinin təkmilləşdirilməsinin aspektləri” mövzusunda beynəlxalq elmi konfransda çıxışında deyib.
Onun sözlərinə görə, UNESCO yerinə yetirməli olduğu vəzifələri icra etmirsə, bu yanaşmalardan əziyyət çəkən ölkə təkcə Azərbaycan deyil:
“Belə olan halda ölkələr alternativlər haqqında düşünəcəklər. 30 ilə yaxın müddət ərzində dünya birliyi münaqişənin acı nəticələrinin aradan qaldırılması üçün işlər görmədi. Nəticədə Azərbaycan özü ədaləti bərpa etdi. Mədəni sərvətlərin qorunması ilə bağlı hücumların pislənməsi və hüquqi qərarların qəbul edilməsində UNESCO-dan ədalətli yanaşmanı tələb etmək Azərbaycanın hüququdur. Təəssüf ki, azad edilən ərazilərə UNESCO-nun faktaraşdırıcı missiyası göndərilməyib”.