azadses.az » Siyasət » Deputat: “Yeni layihə siyasi partiyaların hüquqlarını genişləndirməyi nəzərdə tutur”

Deputat: “Yeni layihə siyasi partiyaların hüquqlarını genişləndirməyi nəzərdə tutur”

“Siyasi partiyalar haqqında” yeni qanun layihəsi Azərbaycanda siyasi partiyaların fəaliyyəti üçün daha əlverişli şərtlər formalaşdırmağı nəzərdə tutur. Layihədə partiyanın qeydə alınması və fəaliyyəti şərtləri xeyli dərəcədə sadələşdirilib. Hesab edirəm ki, bu, Azərbaycan dövlətinin, cənab Prezidentin müəyyən etdiyi hədəflərə uyğun olaraq, demokratikləşmə prosesinin daha da dərinləşdirilməsinə xidmət edir”.

Bu fikirləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Ramin Məmmədov deyib.

Onun sözlərinə görə, qanun layihəsi ətrafında ictimai müzakirələr sənədin daha da təkmilləşdirilməsinə xidmət edəcək.

Milli Məclisin deputatı bildirib ki, mövcud qanunvericilikdə siyasi partiyaların təsis olunması üçün 1000 nəfər üzvün olması şərti mövcuddur.

Yeni təqdim olunan layihədə isə siyasi partiyanın Azərbaycan Respublikasının ərazisində son 20 il daimi yaşayan tam fəaliyyət qabiliyyətli 200 vətəndaş tərəfindən təsis edilməsi hüququnun tanınması təklif olunur:

“Layihənin hazırlanmasında 20-dən çox ölkənin təcrübəsi və Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi üzrə 2010-cu və 2020-ci illərdə qəbul etdiyi tövsiyələri nəzərə alınıb. Əsas məqsəd siyasi partiyaların cəmiyyətin və dövlətin həyatında daha yaxından iştirak etmək imkanı yaratmaqdır”.

Ramin Məmmədov bildirib ki, yeni layihə siyasi partiyaların hüquqlarını genişləndirməyi nəzərdə tutur:

“Təklif olunan layihədə siyasi partiyalara dövlət orqanlarına yerli özünüidarəetmə orqanlarına təkliflər vermək, hüquqi aktların layihələrini hazırlamaq və aidiyyəti üzrə təqdim etmək kimi hüquqlar verilir. Doğrudur, mövcud qanunvericilikdə də siyasi partiyaların dövlət orqanları tərəfindən normativ hüquqi aktların layihələrinin hazırlanmasına dair təkliflər vermək hüquq təsbit olunub. Lakin yeni layihədə bu məsələ daha mükəmməl formada tənzimlənir, siyasi partiyalara hüquqi aktlarda dəyişikliklər edilməsi, onların şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi ilə bağlı məsələ qaldırmaq hüququnun verilməsi nəzərdə tutulur”.

Deputat əmin olduğunu vurğulayıb ki, ictimai dinləmələr layihənin daha da təkmilləşdirilməsinə imkan yaradacaq.

Qeyd edib ki, qanun layihəsinin hazırlanmasında Azərbaycanda fəaliyyət göstərən 39 siyasi partiyanın iştirakı sənədin və layihənin ictimai müzakirəyə təqdim olunması daha mükəmməl və keyfiyyətli qanunun hazırlanmasına nail olmaq məqsədi daşıyır:

“Yəqin ki mütəxəssislər, siyasi partiyalar, hüquqşünasların da qeydləri, təklifləri olacaq.

Eyni zamanda Milli Məclisin komitələrində, plenar iclaslarında da müzakirələr aparılacaq.

Düşünürəm ki, bütün bu proseduralar ümumilikdə siyasi partiyaların daha uğurlu fəaliyyətinə imkan yaradan, onların cəmiyyətin və dövlətin həyatında daha fəal iştirakını təmin edən qanunvericilik aktının qəbul edilməsi ilə nəticələnəcək”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Qaradağda qəza törədən sürücü ağır xəsarət alıb
  2. Binədə yolu keçən qadını avtomobil vurub
  3. Ağstafada sürücü qardaşını vuraraq öldürüb - YENİLƏNİB
  4. Xaçmazda 7 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb
  5. Şəmkirdə bıçaqlanma zamanı ölən və xəsarət alanların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB
  6. Samuxda avtomobil ağaca çırpılıb, 3 nəfər xəsarət alıb
  7. Qəzada ölən vəzifəli şəxsin ailəsi 1 milyon manata yaxın təzminat tələb edir
  8. Günəşdə ən yüksək dərəcəli partlayış baş verdi
  9. Salyanda elektrik enerjisinin verilişi bərpa olunub - YENİLƏNİB
  10. Pirallahıda 44 yaşlı kişini avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı (PMS) üzrə imtahanın I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Azərbaycan səfiri Meksikanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Milli Politexnik İnstitutunun Ali Kommersiya və Ətraflı
Bütün xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?