azadses.az » Siyasət » İrəvanı sonda sıxacaqlar – Rusiyalı ekspertlərin şərhi

İrəvanı sonda sıxacaqlar – Rusiyalı ekspertlərin şərhi

Cənubi Qafqazda nəqliyyat dəhlizlərinin açılması barədə mövzu İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra gündəmdən düşməyib.

Bu yaxınlarda belə bir məlumat yayıldı ki, erməni tərəfi, deyəsən, avtomobil əlaqəsi üçün “materik” Azərbaycanla Naxçıvan arasındakı keçid məntəqələrini açmağa hazırlaşır.

Düzdür, 10 Noyabr Bəyanatında Naxçıvana maneəsiz girişlə bağlı bənd pozulduğu üçün mətbuatda səslənən variantlar, çətin ki, Azərbaycan tərəfini razı salsın.

Lakin hətta Azərbaycan ərazisinə Ermənistan üzərindən daşımaların mümkünlüyü ilə bağlı eyhamlar da İrəvanda hiddət fırtınasına səbəb olub.

Müxalifətçi erməni politoloq, Ermənistanın Kanadadakı keçmiş səfiri, “Modus Vivendi” tədqiqat mərkəzinin rəhbəri Ara Papyan isə bəyan edib ki, Ermənistan ərazisindən keçən istənilən dəhliz qanunsuz hesab edilir.

Bundan əlavə, Ara Papyan istisna etməyib ki, Azərbaycan tərəfi Ermənistan ərazisində Azərbaycan kolonnalarını müşayiət edəcək Rusiya ordusuna pul ödəməyə də hazırdır.

Oxu.Az rusiyalı iqtisadçılar - Yeni Cəmiyyət İnstitutunun direktoru Vasili Koltaşov və Avrasiya üzrə ekspert Aleksandr Razuvayevdən sözügedən vəziyyəti şərh etmələrini xahiş edib.

Vasili Koltaşov:

- Əgər Ermənistanda deyirlərsə ki, bu, qanunsuzdur, qoy o zaman qanunu qəbul etsinlər və olsun qanuni. Qalan hər şey Ermənistan cəmiyyətində dərin ziddiyyətləri göstərən siyasi spekulyasiyadır. Orada əslində hər şey çox qəlizdir. Görünür, onlar bundan sonra nə etməli olduqlarını və ya nə etməli olmadıqlarını anlamırlar.

Təcavüz dövrü təzəcə keçdi, nəhayət, biz bu mərhələdən çıxdıq və danışıqlara başladıq. Və məncə, dəhliz açılmalıdır. Bu, Ermənistanın özü üçün də vacibdir və faydalıdır. Bundan erməni müəssisələri qazanacaq. Kolonla yük maşınları hərəkət edəcək, bu isə yol kənarında kafelərin, mağazaların və sair iaşə obyektlərinin işləməsi deməkdir. Biz çəkişmələri dayandırıb işin iqtisadi formatına keçməliyik, lakin mürəkkəblik buradadır. Belə bir qərarı qəbul edə biləcək güclü administrasiya lazımdır. Nikol Paşinyan doğru mövqedə deyil, o, daim manevrlər edir, bəzən bu manevrləri məharətlə icra edir, lakin bütün bu addımlar Azərbaycanla böhranın yekun həllinə və Ermənistan iqtisadiyyatının və cəmiyyətinin xeyrinə xidmət etmir.

Ermənistan müxalifəti 2020-ci ilin payız müharibəsinin nəticəsi ilə barışmayan Ermənistan əhalisinin əhəmiyyətli hissəsinin fikrini əks etdirir. Amma indiki Ermənistan hakimiyyəti tutarlı arqumentlər gətirməlidir. Məsələn, Ermənistana yeni böhran və yeni ölü insanlar lazımdırmı? Münasibətləri normallaşdırmaq, onu iqtisadi formata yönəltmək daha yaxşı olmazmı? “Böyük Ermənistan” haqqında fantaziyalar quranlar üçün bu arqumentlərin faydası olmayacaq, amma həyat göstərir ki, ticarət etmək və təbii ki, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək lazımdır. Paşinyan özü də təbii ki, ictimai rəylə toqquşmaqdan qorxur. Halbuki Ermənistan müxalifəti indiki baş naziri vəzifəsindən uzaqlaşdıra bilsəydi də, eyni vəziyyətə düşərdi.

Aleksandr Razuvayev:

- Ermənistan öz öhdəliklərinə əməl etməlidir və bunlar üçtərəfli bəyanatlarda əksini tapıb. Ticarət yollarını açmaq hər kəs üçün faydalıdır. Qonşularla münasibətlərin normallaşması Ermənistan iqtisadiyyatı üçün müsbət haldır. Aydındır ki, Ermənistanda bütün proses çox ağrılı şəkildə qarşılanır. Amma başqa variant yoxdur, İrəvanı sonda sıxacaqlar. Və Zəngəzur dəhlizi işə başlayacaq - bu, təkcə dəmiryolu deyil, həm də avtomobil nəqliyyatı olacaq.

Bunu istəməyənlər (Ermənistanda - red.) qoy öz fikirlərində qalsınlar. Zəngəzur dəhlizi işə düşəcək, mən buna əminəm. Erməni tərəfinin qeyri-ardıcıl mövqeyi isə qoy elə onların zəif tərəfi olaraq qalsın. Ermənistan ərazisində Azərbaycan kolonnalarını müşayiət etdiyinə görə “Azərbaycan tərəfi Rusiya ordusuna pul ödəməyə hazırdır” iddialarına gəlincə, bu, istisna olunur. Bu, bir növ “şüur axını”dır ki, ona reaksiya vermək olmaz.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda 46 yaşlı qadın yol qəzasında xəsarət alıb
  2. Bakıda atasının avtomobilini qaçıran yeniyetmə qəza zamanı ölüb
  3. Bakıda 22 yaşlı sürücü yol qəzasında xəsarət alıb
  4. Digahda avtomobillə vurulan piyada xəstəxanada ölüb
  5. Hindistandan Almaniyaya uçan təyyarə Heydər Əliyev Aeroportuna təcili eniş edib
  6. Qaradağda qəza törədən sürücü ağır xəsarət alıb
  7. Binədə yolu keçən qadını avtomobil vurub
  8. Ağstafada sürücü qardaşını vuraraq öldürüb - YENİLƏNİB
  9. Xaçmazda 7 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb
  10. Şəmkirdə bıçaqlanma zamanı ölən və xəsarət alanların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı (PMS) üzrə imtahanın I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Azərbaycan səfiri Meksikanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Milli Politexnik İnstitutunun Ali Kommersiya və Ətraflı
Bütün xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?