Türkiyə səfiri: “Azərbaycanla təhlükəsizlik sahəsində əməkdaşlıq getdikcə dərinləşir” - FOTO
Türkiyə Daxili İşlər Nazirliyinin Baş Polis İdarəsinin şöbə müdiri Hasan Emrah Demirçioğlu təhlükəsizlik sahəsində seminarda iştirak etmək və təcrübə mübadiləsi aparmaq məqsədi ilə Azərbaycana gəlib.
Bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı özünün “Twitter” hesabında məlumat verib.
Səfir paylaşımında Şuşa Bəyannaməsinə uyğun olaraq Azərbaycanla Türkiyə arasında təhlükəsizlik sahəsində əməkdaşlığın getdikcə dərinləşdiyini əlavə edib.