“Azərbaycan daha 28 il gözləməyəcək” - Türkiyəli general XİN rəsmilərinin görüşü haqda - MÜSAHİBƏ
“Ermənistan qardaşları olan Moskva və Brüsselin verdiyi vədləri vaxtında yerinə yetirməyəcəyi təqdirdə Azərbaycan özü müzəffər ordusu ilə buna nail olacaq”.
Bu sözləri Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, briqada generalı Yücel Karauz deyib. Mütəxəssis iyulun 16-da Tbilisidə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında baş tutan görüş barədə Oxu.Az əməkdaşının suallarını cavablandırıb:
- Prezident İlham Əliyevin Qarabağ münaqişəsinin bitdiyini dəfələrlə açıqlamasına rəğmən, rəsmi İrəvan bununla razılaşmır, münaqişənin həll olunmadığını deyir. İrəvan belə açıqlamalarla nəyə nail olmağa çalışır?
- 10 noyabr 2020-ci ildə Ermənistan məğlub olub və kapitulyasiya aktını imzalayıb. İrəvan dəfələrlə Moskvada və Brüsseldə vəziyyətin normallaşması, yeni yaranmış status çərçivəsində problemin həll olunması, bölgəyə sülh və əmin-amanlığın gəlməsiylə bağlı addımların atılması üçrə yazılı və şifahi öhdəliklər götürüb. Bu öhdəliklərin nəticəsi olaraq Türkiyə və Ermənistan münasibətlərinin normallaşdırılması prosesi başlayıb. Lakin görünən odur ki, kapitulyasiya aktını imzalamasından təxminən 20 ay keçməsinə rəğmən, Ermənistan verdiyi sözləri tutmur.
Həmçinin 10 noyabr Bəyannaməsində imzası olan Rusiya terrorçu qrupların silahı ataraq bölgədən çıxması və oradakı həyatın Azərbaycanın bütövlüyü çərçivəsində normallaşması istiqamətində lazımi addımları atmır. Brüssel görüşündə verilən sözlər yerinə yetirilmədiyi üçün Brüssel də məsələnin həlli istiqamətində öhdəlik daşıyır. İrəvan, Moskva və Brüsseldəki Avropa qüvvəsi Ermənistana təzyiq göstərərək vədlərini yerinə yetirməsini təmin etməlidirlər. Azərbaycan üçün Qarabağ münaqişəsi həll olunub.
- Xarici işlər nazirlərinin Tbilisidəki görüşü çərçivəsində İrəvan ATƏT-in Minsk qrupunun mandatından istifadə edilməsini istədiyini də deyib. 30 ildə heç bir işə yaramayan bu təşkilatın varlığına ehtiyac varmı?
- İnsanlar doğulur, yaşayır, ölürlər. Dövlətlər və təşkilatlar da belədir. 1992-93-cü illərin mövcud şərtləri çərçivəsində problemin həllini istəməyən ATƏT-in Minsk qrupu Ermənistanın ədalətsizliyinə göz yuman, sadəcə, vaxt aparan missiyasını 28 il davam etdirdi. Bu qurum 10 Noyabr tarixində yaranan yeni status çərçivəsində ölüb. Biz də onun halvasını yedik, fatihəsini də oxuduq. Bu saatdan sonra onu diriltmək ölünü diriltmək kimidir, faydasızdır.
Mövcud problem Azərbaycan və Ermənistan arasında qarşılıqlı olaraq həll edilməlidir. Azərbaycanın ərazi bütövlüyü diqqətə alınmalıdır. BMT qətnamələri çərçivəsində razılığa gəlinərək sülh sazişi imzalanmalıdır. Bişkek razılaşmasından sonra 28 il sülh sazişini imzalatdırmayan qüvvələr indi təkrar ölən Minsk qrupunu canlandırmağa çalışırlar. Azərbaycan Prezidenti İlham Əliyev də bu qrupun missiyasının tamamlandığını dəfələrlə deyib.
- Rusiya iyun ayının sonuna qədər Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrinin bölgədən çıxarılacağı barədə öhdəlik götürmüşdü. Ancaq hələ də vədinə əməl etməyib. Bundan necə nəticə çıxarmalıyıq?
- Rusiyanın məqsədi əvvəldən bu problemin vaxtını uzatmaq idi. Rusiya sülhməramlılarının beş il boyunca Qarabağda olacaqları barədə fikrin gündəmə gəlməsi də əslində, Rusiyanın niyyət və məqsədləri haqqında bizə əvvəldən məlumat verirdi. Amma biz yenə də optimist olmağa çalışırdıq. İki il vaxt keçməsinə rəğmən, Qarabağ bölgəsindəki terrorçu qruplar oradan çıxarılmır.
Təbii ki, Rusiya-Ukrayna müharibəsinə qədər olan dövr ayrı bir mərhələdir. Müharibədən sonra Rusiyanın diqqət mərkəzi dağılıb. Rusiya hazırda Ermənistan-Azərbaycan məsələsi və Qarabağla bağlı öncəliyini itirmiş kimi görünsə də, altdan-altdan bu problemin davam etməsi və öz milli mənafeyi doğrultusunda həll olunması üçün addımlar atır. Bu, Rusiya kimi böyük dövlətin missiyasına, bitərəfliyə, ümumilikdə beynəlxalq hüquqa zidd addımlardır. Rusiya sülhməramlıları dərhal vədləri yerinə yetirməli, terrorçuları Qarabağdan çıxarmalıdırlar.
- Ermənistanla sərhəddəki Tovuz yaxınlığında Rusiyanın hərbi baza yaratması da ciddi narazılıq doğuran məsələlərdəndir. Şimal qonşumuzun əsas məqsədi nədir?
- Dünya böhran, daxili münaqişələr, eləcə də Rusiya-Ukrayna müharibəsindən sonra enerji təhlükəsizliyi ilə bağlı 20-25 il davam edəcək yeni mərhələyə qədəm qoydu. Enerji qaynaqlarına sahib olanlar və enerjinin təhlükəsiz şəkildə ehtiyac sahibi ölkələrə çatdırılmasına tranzit ölkə rolunda çıxış edənləri bu məsələ yaxından maraqlandırır.
Rusiyanın orada hərbi baza yerləşdirməsi təsadüf deyil. Bu, Rusiyanın Bakı-Tbilisi-Ceyhan boru xəttinə və Azərbaycan, Türkmənistan və Qazaxıstanın enerjidaşıyıcılarının Qərbə nəqlinə nəzarət etmək ehtiyacının bir nəticəsidir. Doğru davranış şəkli deyil. Deməli, Ermənistan-Türkiyə sərhədini siz qoruyacaqsınız, Gümrüdə böyük bir baza quracaqsınız, bütün Ermənistan ordusunu silahla təchiz edəcəksiniz, üstəlik bir də Tovuz yaxınlığında enerji xətlərinə nəzarət edəcək bir baza ortaya qoyacaqsınız? Bunun ağılla, məntiqlə, dostluqla heç bir əlaqəsi yoxdur və qəbuledilməzdir.
- Zəngəzur dəhlizinin Ermənistan tərəfinə aid olan hissəsində işlərə nə vaxtdan başlanacağını düşünürsünüz?
- Moskva və Brüssel görüşləri, Türkiyə-Ermənistan təmsilçilərinin görüşləri, son olaraq da Tbilisidəki görüş çərçivəsində İrəvanın vaxt qazanmağa, əvvəlki qazanclarını mühafizə etməyə çalışdığını gördük.
Ermənistan Zəngəzur dəhlizinin açılmasına, sərhədlərin müəyyənləşdirilməsinə, terrorçu qrupların Azərbaycan torpaqlarından çıxarılmasına, sülh və əmin-amanlığın gəlməsinə mane olmağa cəhd edir. Dünyada və ya bölgədə yaranan vəziyyət daxilində öhdəliklərini icra etməyərək unutdurmağa çalışır. Amma bunların təxminən bir il içərisində öz həllini tapacağını düşünürəm. Çünki Azərbaycan güclü bir dövlət quruluşuna, güclü orduya və yüksək əhvallı xalqa sahibdir. Şuşa Bəyannaməsi ilə güclənən Türkiyə-Azərbaycan birliyi, Türk Dövlətləri Təşkilatının get-gedə güclənməsi Azərbaycanı diplomatik və hərbi olaraq sözü eşidilən dövlət durumuna gətirib.
- Rəsmi İrəvanın görüşdəki açıqlamalarından bizim tələb etdiyimiz məsələlərə müsbət yanaşmadığı və gözlədiyimiz addımları yaxın zamanda atmayacağı anlaşılır. Belə olan halda Azərbaycan hansı tədbirləri görməlidir?
- Azərbaycan 12 iyuldan etibarən (Tovuz döyüşlərini nəzərdə tutur - red.) həm beynəlxalq münasibətlərdə, həm də hərbi sahədə sıfır xətayla mövqeyini bildirdi. 10 Noyabrda ermənilərin terrorçu əməllərinə lazımi cavabı verərək sülh üçün öz fəaliyyətini davam etdirdi.
Bizdə “Sülh istəyirsənsə, müharibəyə hazır olmalısan” deyə bir deyim var. Qalıcı sülh güclü orduyla təmin edilir. Azərbaycan bütün ümidlərin tükəndiyini hiss edərsə, görüşlərdən nəticə əldə edə bilməzsə, atəşkəs sülh sazişinə çevrilməzsə, daha bir 28 il gözləməyəcək. Çünki Azərbaycan dövləti BMT hüququ çərçivəsində öz haqqını axtarır və sonda haqqın tərəfində olanlar müzəffər olacaqlar.