Azərbaycan, Türkiyə və Gürcüstan parlamentariləri azad edilmiş ərazilərə səfər ediblər - FOTO
Azərbaycan-Türkiyə-Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin üzvləri işğaldan azad edilmiş ərazilərə səfər ediblər.
“Report”un xəbərinə görə, onlara əvvəlcə Füzuli Beynəlxalq Hava Limanında yaradılan şəraitlə bağlı məlumat verilib.
Sonra parlamentarilər üçtərəfli birgə iclasda iştirak etmək üçün Şuşa şəhərinə yola düşüblər.
Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyətinə parlamentin Xarici əlaqələr komitəsinin sədri Akif Çağatay Kılıç, Gürcüstan nümayəndə heyətinə isə parlamentin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze başçılıq edirlər.