Beynəlxalq konfransda Azərbaycanda aparılan ilk kliniki tədqiqatlar müzakirə olunub - FOTO
27-28 aprel tarixlərində Bakıda diaqnostika, təxirəsalınmaz tibbi yardım, müalicə, peyvəndləmə və koronavirus infeksiyasının qarşısının alınmasında innovativ yanaşmalar üzrə yeni bilik və texnologiyaların yayılmasına həsr olunmuş “Koronavirus pandemiyası: diaqnostika, müalicə və fəsadlar” mövzusunda 3-cü Avrasiya konfransı keçirilib.
Konfrans zamanı COVID-19 pandemiyasının öyrətmələri təhlil edilərək ümumiləşdirilmişdir.
İştirakçılar pandemiyanın milli səhiyyə sistemləri və hökumət qurumları üçün yaratdığı fəsadları və “çağırışları” müzakirə etdilər.
Koronavirus infeksiyasının profilaktikasında innovativ yanaşmalar mövzusunda çıxış edən Bakı Sağlamlıq Mərkəzinin Kliniki tibbi xidmət üzrə Baş həkimin müavini Nuranə Quliyeva qonaqlara “AstraZeneca” şirkətinin vaksininin (Oksford Universiteti ilə birgə hazırlanmışdır) və “Sputnik V” vaksininin birinci komponentinin (“Sputnik Layt” preparatı) birgə tətbiqi ilə bağlı Azərbaycanda aparılan dünyada ilk klinik tədqiqatlardan (KT) danışıb.
KT üzrə Baş tədqiqatçı qismində çıxış edən N.Quliyeva qonaqlara məlumat verib ki, 100 könüllünün iştirakı ilə aparılan klinik tədqiqatların II fazasında preparatların kombinasiyası optimal müdafiə və dözümlülük profili nümayiş etdirmişdir.
Bildirilib ki, könüllülərin monitorinqi ilk peyvənddən sonra 6 ay ərzində davam etmiş və preparatların birgə tətbiqinin təhlükəsizliyi ilə bağlı yüksək göstəricilər nümayiş etdirmişdir.
Müşahidə zamanı peyvəndləmə ilə bağlı ciddi arzuolunmaz hallar aşkarlanmayıb.
N.Quliyeva konfrans iştirakçılarına məlumat verib ki, hazırda Azərbaycanda klinik tədqiqatlar son mərhələsindədir. Əldə olunan məlumatlar emal olunur, emal başa çatdıqdan sonra Azərbaycanın tibb jurnallarının birində elmi məqalənin dərc edilməsi planlaşdırılır. Kliniki proqram həmçinin Rusiya Federasiyası və Birləşmiş Ərəb Əmirliklərində də həyata keçirilir.
Bütün məlumatlar ümumiləşdirilərək 2022-ci ilin payızında nəşr olunacaq.