Rusiya Ukrayna ilə müharibədə bu PUA-dan istifadə edir - “ZALA”
Rusiyanın Ukrayna ilə müharibədə hansı pilotsuz uçuş aparatından (PUA) istifadə etdiyi məlum olub.
“Azadsəs.az” xəbər verir ki, bu barədə Rusiya hüquq-mühafizə orqanlarındakı mənbə “RİA Novosti”yə bildirib.
Məlumata görə, bu, “ZALA 421-16E HD” pilotsuz uçuş aparatıdır. Sözügedən PUA elektrik mühərriki sayəsində kiçik ölçülü, kompozit materiallar və yüngül kamuflyajla birlikdə düşmənin müxtəlif hava hücumundan müdafiə sistemləri üçün praktiki olaraq görünməz qalmaqla yanaşı, vizual nəzarət də edir.
Mənbənin sözlərinə görə, bu qurğular həm görünən, həm də infraqırmızı və radar diapazonlarında zəif kontrasta malikdir. Bundan əlavə, onlar aşağı səs-küy səviyyəsinə malikdirlər.
Qeyd edilir ki, “ZALA 421-16E HD” kəşfiyyat pilotsuz uçuş aparatı “Kalaşnikov” konserninin bir hissəsi olan “ZALA AERO” şirkəti tərəfindən hazırlanıb. PUA dörd saatdan çox havada qala bilir, uçuş məsafəsi 75 kilometrdir. O, yüksək dəqiqlikli kameralar da daxil olmaqla müxtəlif faydalı yükləri daşıya bilər. Bu halda foto və video məlumatların emalı birbaşa uçuş zamanı PUA-nın göyərtəsində baş verir.