ABŞ-da 130 milyon dollarlıq PUA qəzaya uğrayıb
![](/uploads/posts/2021-08/medium/1628319328_70cc98b0-c351-322d-8b28-a83d2478c054_850.jpg)
“Report” “TRTHaber”ə əsasən xəbər verir ki, qəzaya texniki nasazlıq səbəb olub.
PUA yerə düşəndən sonra yanğın başlayıb. Yanğın artıq söndürülüb.
Məlumata görə, “Global Hawk” PUA-nın qiyməti 130 milyon dollardır. Bu, son 18 ayda ABŞ Hərbi Hava Qüvvələrinin qəzaya uğrayan 3-cü PUA-sıdır.