“Mariupoldan dəniz yolu ilə təxliyə üçün gəmi dəstəyi verə bilərik” - Akar
“Ukraynanın Mariupol şəhərindən dinc əhalinin və yaralıların dəniz yolu ilə təxliyəsi üçün gəmi dəstəyi verə bilərik”.
“Azadsəs.az” Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu kontekstdə Rusiya və Ukrayna hakimiyyət orqanları ilə danışıqlar davam edir.
Akar Kiyev hava limanında qalan Türkiyənin Hərbi Hava qüvvələrinə məxsus iki ədəd “A400M” tipli karqo təyyarəsinin təhlükəsizliyi, təxliyəsi və texniki xidməti ilə bağlı hər iki tərəflə müzakirələrin aparıldığını bildirib.
Son günlər Qara dənizin Türkiyəyə aid hissəsində aşkarlanan minalarla bağlı məlumat verən nazir Akar heç kimə zərər vermədən bu təhlükəni aradan qaldırmağa çalışdıqlarını deyib.