Türkiyənin müdafiə naziri Hulusi Akar koronavirusa yoluxub.
Bu barədə nazir sosial media hesabından məlumat verib.
“COVID-19 testim müsbət çıxdı. Şükürlər olsun ki, səhhətim yaxşıdır. Lazımi tədbirləri görərək işimizi davam etdiririk”, - Akar açıqlamasında bildirib.